adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Fevral 2018 12:33
9771
MƏMLƏKƏT
A- A+

Sabah hava necə olacaq - PROQNOZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Adalet.az-a verdiyi məlumata görə, sabahBakıda və Abşeron yarımadasındahava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3, gündüz 8-12, Bakıda gecə 0-2, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanınrayonlarındahava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə dumanolacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.