adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Fevral 2018 10:07
10908
MƏMLƏKƏT
A- A+

Metropolitendə Qara Qarayevin 100 illiyi qeyd ediləcək

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Bu barədə Adalet.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, fevralın 5-də saat 17:00-dan 19:00-dək görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətlə "Qara Qarayev” stansiyasında ilk dəfə musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə bilərlər.