ANA SƏHİFƏ / YAZARLAR

Hidayət Elvüsal: Bu da molla

16894    |   2018-02-02 00:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Belə-belə işlər

Özümü danlayıram. Deyirəm ki, əl çək bu arkadaşların bəzi-bəzi işlərindən. Olmur. Durub-durub, elə söz danışır, elə iş görürlər ki, olmur, atam balası.
O gün yazmışdım. Yazmışdım ki, xəstəxanalarda imamlar, yəni mollalar həkimlərlə əl-ələ verəcəklər. Biri kef-damaq vəd edəcək, o biri qəbir əzabı. Yəni xəstə, başının üstündə həm həkim görəcək, həm də molla. İşin üzü bəri olanda həkim güləcək. O tərəfə olanda molla sevinəcək ki, müştəri tutub. Amma işin üzü ortaya olanda həkim də, molla da canlarından bezəcək.
Və iki-üç gün bundan qabaq gözəl-göyçək bir xanım nələr dedi, yarəb. Bu əxlaqlı, abırlı, həyalı, tərbiyəli, hətta başı hicablı qadın, yəni Hilal Kaplan adlı bir yazar dedi və yazdı ki, madam gözəlim ölkəmiz dini qaydalarla idarə olunmağa başlayıb, "Gənəl evlər" də kənarda qalmamalıdır. "Gənəl evlər", yəni çox-çox üzr istəyirəm fahişəxanaların digər adıdır ki, bundan sonra "GE" yazacağıq.
Hə, bu abırlı xanım yazır ki, GE-lərdə də imam, yəni molla ştatı olmalıdır. Buraya gələn müştəri cibinə və zövqünə uyğun qadın seçəndən sonra kassaya pul ödəyib, mollanın qarşısında dayanmalıdır. Molla da onlara "vremenni" nigah "aformut" eləməlidir ki, hər şey, halal, şəriətə və mərifətə uyğun olsun. Sevişmə başa çatandan sonra müştəri yenidən molla ilə görüşməli, nigahı geri oxutdurmalıdır. Bax belə!
Halal olsun Kaplan xanıma! Başımdakı hicab onun nə qədər abırlı, həyalı olmasının bir nişanəsidir. Amma...
Neynəsin Kaplan anası ölmüş?! Elə Böyük Millət Məclisində bir AKP-li deputat lap gül vurdu. Dedi ki, "nərdivan altında", yəni gizli şəkildə fahişəlik edənlər də aşkar edilməli və vergi ödəməlidirlər. Düz deyir dəə...
Tək qazanıb, tək yeyirlər, deputat qalır kənarda. Büdcə dolmur.
Heyif deyildi İstanbul fahişəxanalarının sahibəsi Manukyan. Kopay oğlunun ermənisi dövlətə ən çox vergi ödəyən axçi idi. Hamının yanında hörməti vardı. Hətta onun həyatından bəhs edən bir səhnə əsəri də meydana gəldi və onun təşəbbüskarı abırlı-həyalı bir qadın idi. Manukyanı çox sevirmiş, fanatıymış, o vaxt uşaq olub, üz-üzə görüşməyib. Nə isə!
Hə! İndi xəstəxanalar, məktəblər, idarə, müəssisə və GE-lər mollasız qalmayacaq. Dinə, imana hörmət olunacaq. Abır-həya gözlənəcək. Bütün haram işlər mollanın bircə duası ilə halal olacaq. Kadr çatışmazlığından isə söhbət gedə bilməz.
Orada o qədər imam, dərviş, molla, falabaxan, cinçıxaran... vaar...
Amma bir məsələni bilmədim. Əgər bir GE qadını gündə beş-altı müştəri qəbul edərsə, molla hərəyə bir nigah bağlamalıdır, yoxsa bir nigahla beş-altı müştəri yola sala bilərlər?
Elə-belə soruşdum. Mırta...



İmza:

YAZARIN ARXİVİ

2018-02-17 : Şeytan
2018-01-25 : Pəhləvanlar
2016-08-20 : "CENTLMENLƏR"
SON XƏBƏRLƏR
2018-09-19
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK