adalet.az header logo
  • Bakı 16°C
01 Fevral 2018 17:18
14227
DÜNYA
A- A+

Tramp Nobel mükafatına namizəd oldu

ABŞ Prezidenti Donald Trampın adı Nobel Sülh Mükafatına namizəd olaraq irəli sürülüb.

Kult.azxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Norveç Sülh Problemləri Tədqiqatları İnstitutunun rəhbəri Henrik Urdal söyləyib.

"Təsdiq edə bilərəm ki, bizə Trampın namizədliyi ilə bağlı xəbər verilib. Namizədliyin kim tərəfindən irəli sürüldüyünü deyə bilmərəm. Ona görə ki, bu konfidensial informasiyadır. Sadəcə onu deyə bilərəm ki, Trampın namizədliyini amerikalı irəli sürüb”, – deyə o bildirib.