adalet.az header logo
  • Bakı 13°C

Qəbiristanlıq şairləri

EMİNQUEY AKİF
48048 | 2018-02-01 17:14

Cem Yılmaz deyir ki, mən əvvəllərdə bu cür zarafatlar edirdim, hazırcavab idim. Amma mən nə vaxt ki səhnəyəçıxdım, işimdən pul qazandım, o vaxt ailəm məni ciddi qəbul elədi. İndi bizdə vəziyyəteynisidir. Bizdə üstəgəl, yaş məsələsi də var. Əgər yaşın azdırsa, tutaq ki iyirmi yaşın varsa, otuz yaşlı şairdən onil daldasan. Yəni sən hələ cavansan, guyammış heç zad görəmməzsən. Şairlik eləotuz yaşa kimi həll olunan məsələdir də, ay adam. Məhz gənc yazar ifadəsi dəburdan yaranıb. Ki, lazım gələndə şairin, yazıçının yaşını təcrübəsinə bükübsoxsunlar gözünə.

Bir tanış var, dörd il qabaq zəngvurmuşdu ki, şair, yeni biznes tapmışam. Keçək ölülərin vəziyyətinə baxmağa.Yeraltı səltənət bizə baxsın. Məzar daşlarına yazılan şeir biznesinə girişək. Şeirinbirini 100 manatdan danışaram, 70-i sənin, 30-u mənim. Soruşdum ki, qardaş,yaxşı, bəs, müəllif hüquqlarımı kim qoruyacaq? Qayıtdı ki, aləmsən e, gündə üçqəbir tutsam, 210 manat xeyrin var, maya tələb eləmir, vergi tələb eləmir. Ayaölüsü beş min qazanassan. Gündə biri özünü asır, biri infarkt olur. Allah gülkimi biznes quruban verib bizə. Çörək səpələnib e ətrafa, sadəcə, yığmaqlazımdı. Razılaşdım.

Birinci qəbirinyiyəsinin boyu balaca idi. Səndemə, kiminsə arvadına sataşıb, bıçaqlayıb öldürüblər. Molla pıçıldayıb demişdibiznes ortağıma. Buna şeir yazdım ki:

Qeyrətin, şərəfin boyunca idi,

İnsanlıq hissin də doyunca idi,

Gəldin, bu dünyada iz qoydun, getdin,

Öldün, arxanca da göz qoydun, getdin.

Ölənin doğmaları zəng vurdular ki, ala, yekə kişisən,bu nədi, ələ salmısan bizi? Sənsöz soxursan, yoxsa? De, görüm, nə demək istəyirsən? Gördüm, biraz da getsə oölənin qəbrini açıb yanına məni də soxacaqlar, mən də başladım, nə başladım.Dedim, alə özünsən, nədi? Bəs, nətər olur, alə, min cür oğraşlıq edəndostunuzun toyunda meyxanaçı çağırıb onu təriflətdirə bilirsiz, indi mənyazanda sənə toxundu? Get, halvanı ye, şükür elə.

Sonra gələn zəngləri açmadım.Biznes ortağımı da qəşşəngcə pazlayıb sağollaşdım. İki ay keçəndən sonra rast gəldik,soruşdum ki, noldu o işin axırı? Deyir, şair, məni elə döydülər ki, gedib ölənkişini də görüb qayıtdım bu dünyaya.

Bəli… Məzar üstü şeirlər yazan o qədərşair var ki, hamısını bir yerə yığsan bir yekə qəbiristanlıq çıxar.

İnsanlar özlərini təsdiq etmək üçün bir yeraxtarırlar. Müğənni olsa, gərək yaxşı pulu ya da daydayı ola ki, tutuzdura,gündəmdə ola. Aktyor olsa, məcburdur ki, keyfiyyətsiz seriallara çəkilib hərgün camaatın gözünü mazol edə. Sıranı davam da edə bilərəm. Xülasə, ən sərfəliyer ədəbiyyatdır. Qurşaqdan aşağı şeirlər yazıb həm bəzi qadınların diqqətini cəlbedə bilərsən, həm də ən azından beş-on nəfər səni şair deyib çağırar. Qurşaqdanaşağı şeirlərin ucalar da. Ucalar mikrofunun başına kimi hansısa toyda. Sağlığınaiçib sənin mənasızlığına əl də çalarlar.

Belə şairləri başı kəsilmiş toyuğa bənzədirəm. Heçbaşı kəsilmiş toyuğun əlindən çıxıb qaçdığını görmüsən? Mən görmüşəm. Birazqaçıb sonra da canını tapşırıb. Bax, bu istedadsız şairlər də elədir. Bir müddətdənsonra canlarını tapşıracaqlar. Şeir ürək məsələsidir. Məsələn, ürəyə gedəndamarlarda kirəcləşmə aşkarlananda damara süni kapron damar yeridirlər. Vaxtkeçir, bir neçə ilə o kapron damarlar qanın yolunu açır, özü də damara çevrilirvə adam infartk olmaqdan canını qurtarır. İndi bu şairlər də infartk olmuşadamlardır.

Xülasə, şeri dünyada vəkili olmayan yeganəgünahkardır. Mətn özü özünü müdafiə edəcək, şairə ehtiyac yoxdur.


TƏQVİM / ARXİV