adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"O SÖZƏCƏN..."

ƏBÜLFƏT MƏDƏTOĞLU
47003 | 2018-02-01 15:46

Fikirlərimi özünə çəkən kitab barəsində isti-isti dediyim söz

Adətən mənə təqdimolunan kitabları öncə yazı stolumun üstündə saxlayıram. Və yazı stolumun üzərindəqalan o kitabla hər gün "göz-gözə" gəlirik. Bir-birimizə kənardan nəzəryetirib sanki tanışlığa bir bəhanə, bir səbəb axtarırıq. Və bu qarşılıqlımüşahidələr o vaxtadək davam edir ki, onda ürəyin, ağlın hökmüylə əl kitaba tərəfuzanır, kitab da, təbii ki, ələ tərəf gəlir. Bax, onda hiss edirəm ki, bu kitabməni özünə tərəf çəkdi. Deməli, bunu oxumaq lazımdır. Onunla həmsöhbət olmaq,onu doğma, ən əziz müsafir kimi yuxarı başa keçirmək gərəkdi. Amma...

Burda bir "əmma"var. Bu da ondan ibarətdir ki, hərdən yanlışlıq da olur. Necə deyərlər, buanlaşma elə ilk cümlədən, ilk misradan pozulur. Yəni aldadıcı görüntü sabun köpüyü kimi tezcə əriyib gedir. Bax,belə bir adətlə yanaşıram kitablara. Doğrudur, özümün iç dünyamın müəlliflərivar, ruh doğmalarım var. Onların kitabıyla az qala o kitabdakı misralar, cümlələrdünyaya gələn andan təmasım olub. Ona görə də həmin o yazı masamın üstündəkigözləmə müddəti ruhumun müəlliflərinə aid deyil. Bunu sözgəlişi yazıram və indibaşlayıram nə vaxtdan, yəni yanvar ayının 23-dən məni gözləyən kitabla söhbətə.Kitabın bir qəribə adı var:

- O SÖZƏCƏN...

Mən də elə sözdən başlayıb yol gedirəm o sözəcən. Eləgetdiym yol boyu da öyrənmək istəyirəm görüm mən kiməm, nəçiyəm və ümumiyyətlə,bu kimliyi necə əldə etmişəm. Sual qəliz olsa da, əlimdəki kitabda onun, yənisualın ipucunu oxuyuram.

Bəlkə bilirsinizhardadı... bəlkə,

O qoyub gəldiyimyerdədi bəlkə.

Şahnaz gizləndiyisirdədi bəlkə?..

Yaman nigaranamonun sarıdan...

Həqiqətən mən dənigaranam. Həm qovulduğum yerlərdən, həm də Şahnaz Şahinin dediyi gizlənən sirlərinyozumundan. Birinciyə təkbaşına qayıdışım ancaq ruh vasitəsilə ola bilər.İkinciyə isə yenə kitabın müəllifinin özühardasa körpü sala bilər. Və mən də o körpüyə üz tutmaq üçün sənə deməyə məcburam.


Burax, burax əlimi

İcazə ver qoygedim.

Bir dəqovuşacaqmı,

Yollar...

haradan bilim.

Bax, sən əliniburaxsan, mən o körpüyə çıxıb keçib getdiyim anda görəcəm ki, bir az tələsmişəm. Əlini əlimdən üzməkdə namərdliyəyol vermişəm. Axı, o əlsiz mənim əlim təkcə havada qalmır, həm də havasızqalır. Və mən etiraf etməyə məcbur oluram və deyirəm...

Əlim çatmadı sənə,

Qaldıq hərəmizdünyanın

bir üzündə

Sən günəş zərrəsində

Mən külə

k səsində

... Gözlərimiyumub

Gözlərindənöpmüşdüm,

yadındamı?

Bax, dodaqlarımhələ də

duz dadır.

Vərəqləriçevirirəm. Vərəqləri çevirdikcə hələ də etdiyim etirafdan qurtula bilmirəm. Eləbil ki, o etiraf hələ hər şey deyil. Onun hər şey olması üçün yenidən doğulmaq,yenidən bu sevgini yaşamaq, yenidən əlini əllərimlə sinəmə sıxmaq gərəkdi mənə.Bəlkə onda etirafın təsir gücü özünü göstərə bildi. Yoxsa...

Keçdiyim dağbaşı, sıldırım qaya

Ağac kölgəsində əksolacağam.

Təkrar gələcəyəmmən yer üzünə,

Şahnaz, səninüçün doğulacağam.

- demək haqqınıqazanmış olacam. Axı, hər müəllifin öz etirafı olduğu kimi, hər oxucunun da özetirafı var. Bax, bu nöqtədə mən oxucu kimi etirafımı edirəm. Və əminliklədeyirəm ki, hər şeyi yenidən başlamaq, əllərinə, ürəyinə sahib olmaq, sinənəsığınmaq üçün yenidən doğulmaq lazımdır. Bu doğuluş bir az da əfv olunmaq deməkdirsevgilərin, sevənlərin önündə.


"O sözəcən"şeirlər kitabı vərəqlənib səhifələri çevrildikcə mənim söz yaddaşım özü-özündətəzələnir, cilalanır. Və mən açıq şəkildə hiss edirəm ki, bu dünyada, dahadoğrusu, söz dünyasında nə az, nə çox,üst-üstə 45 ilə yaxın sərf etdiyim ömrümün müəyyən bir anlamı var.

Çünki bu ömürsözlə baş-başa qalıbdı. Ona görə də fikirlər üst-üstə düşür, duyğular, hisslərtəzələnir və mənə elə gəlir ki, bu misraların müəllifi həm də mənəm. Çünki...

... Mən,

səni sən

sevdiyim qədərsevdim...

... özün söyləmişdin

sevgi də artıq

olandaziyandı...

dərd eləmədim...

hamı bir deyilaxı...

bunun dəlisivar...

dolusu var...

yalanı var,

doğrusu...

lap oğrusuvar...

... Nə yaxşı

sən sevdiyin qədər

sevdim səni...

... nə az, nəçox...

Bax, bir hissəsinitəqdim etdiyim bu şeirdə mənə elə gəlir ki,sözün səpələnməsi fikri tam ifadə olunmasına xidmət edib. Və müəllif dəhəzin bir pıçıltıyla mənim səni nə qədər sevdiyimi yox, sənin özün-özünü nə qədərsevdiyini mənə sevgi etalonu etdiyini qələmə alıbdı. İlk baxışda bu, bir az qəribəgörünə bilər.

Amma sözünqatlarına varanda aydın olur ki, ŞahnazŞahin sözlə oynamayıb, əylənməyib. Duyğuları, hissləri o oynaq sözlərin ahəngindəürəyə, ağla hopa biləcək şəkildə ifadə edib.Mən bir az da sadə şəkildə deməkistəyirəm ki, artıq bu şeirdə sevginin təzəbir formada ifadəsi üzə çıxıb. Bu tapıntı da Şahnaz Şahinə məxsusdur.

Açığını deyimki, imzasını öncədən tanıdığım şairənin sözlə, duyğularla bu qədər rahat əylənməsiməni çox sevindirdi. On görə də kitabındemək olar ki, hər bir vərəqində yeni bir ifadə formasının, yeni bir deyim tərzinin şahidi olmaq mənə bir oxucu kimi xoş oldu. Vədarıxmağa getməkdən tutmuş, sənin kimi üşüməyə qədər hər şey oxucu ovqatındabir şimşək kimi çaxdı. Elə həmin o xoş auranın da içərisində düşündüm ki, yenicəişıq üzü görmüş bu kitabdan müvəqqəti də olsa ayrılmaq məqamı da var və o vaxt da gəlib çatır. Elə bu qənaətin özünüdə mənə Şahnaz Şahin pıçıldadı. Dedi ki:

...Ayrılığın da vaxtı var

amma...

Həmişəvaxtsız olur

ayrılıqlar...

Atalı-analısı...

Sevdiyi,sevmədiyi kəsi...

Yetimi,kimsəsizi olur

eynən adamların özü kimi

Ayrılıq ən əvvəl

Fikirdə doğulur.

Böyüyür...

Bax, mən də ilktəəssüratımdan beləcə özümü toparlayıb ayrılıram gedəcəyim "O sözəcən" olan yerə məni aparankitabdan. Müəllifə isə demək istəyirəm ki, "uğurlar olsun sizə, O Sözəcən!"



TƏQVİM / ARXİV