adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Fevral 2018 00:20
12911
ƏDƏBİYYAT
A- A+

Salır cavanlığı üstən at kimi, Ağrını-acını ömrə düzdürür

Vaqif Nəsib
Sarıhüseynoğlu

Bayraq nəğməsi

Qız qalası
ölkəmizin daş bayrağı,
Əsrlərcə bayraqların salınmazı.
Əlincəmiz
Naxçıvanın baş bayrağı
Teymurlənglər ordusuyla alınmazı.

nəqarət

Bir sahildə
ölkəmizin daş bayrağı
səhərində daş himnimiz oxunmada.
Səbaildə
yurdumuzun baş bayrağı
Azadlığın dərgahına toxunmada.

Bu bayraqlar
Yad əllərlə enən deyil,
dəstəyində polad əllər birləşibdi.
Himnimizdə yad dillərə dönən deyil
İfasına doğma ellər birləşibdi.


Tək palıd

Məmməd Qurbanoğluna

Sıldırım üstündə ağacdan qala,
Çölün ildırımla hərbinə dönüb.
Qoruyur meşəni, odur az qala
Yaşıl dünyasının gerbinə dönüb.

Qayalar
ovulub uçmasın deyə,
köküylə qoruyur sıldırımları.
Meşəni atəşə
saçmasın deyə.
Çəkir də özünə ildırımları.g

Qocalıq

Bütün aşıqların alıb sazını,
Əlini-qolunu bağlamışdı o.
İgid Koroğlunun qırıb gözünü,
Tüfəng çıxan günü haqlamışdı o.

Qələmi qırılsın tale yazanın,
Neçə cavan ömrə nəsdi qocalıq.
Əli Kərim adlı cavan ozanın,
Özünə yolunu kəsdi qocalıq.

Salır cavanlığı üstən at kimi,
Ağrını-acını ömrə düzdürür.
Guya ki, verilir mükafat kimi,
Üzüb də həyatdan əli üzdürür.

Həşəmə döndərir qızıl ayları,
Geri çeşməklə də baxmaq olmayır.
Tərsinə döndərib dəli çayları
Bir daha geriyə axmaq olmayır.

Özümə və qələm dostlarıma

Şeirlər, özü və dostları üçün
gizli bir limandan
gizli bir uçuş, -
Tanrıyla barışıq.
Təbi (həbi)
dil altına qoyub
ölüm qorxusunu itirmək,
yaşılını bitirmək, -
içi Vaqif Nəsib qarışıq.
Şerli günlər
yağmuru bitmiş ilham sönüşü.
Şairlərin gülüstan dönüşü
Və hamısının, - içi mən qarışıq.
Çələngləri güldən, otdan
Şeirlər şairlərin,
həm içləri,
həm eşikləri
Yazanda ilhamın
Nərildəyən pələngləri,
Susanda
xoruldayan pişiklərig

Yağışlı günlərdə hərdən

Yağışlı günlərdə hərdən
onlara can atmaq istər könül.
Ağaclardan çətir tutmayıb
Leysanlara batmaq istər könül.
Yumaq istər üstən yazıqlığının
Niyaz-nəzirlərini,
Verənlərin bəd nəzərlərini
Çöldə ocaq kimi sönüb
Küllənmək istər könül.
Və ya ildırımla
güllələnmək istər könül.
Bacarmasa, heç olmazsa
kipriyindəki damlalar arxasından
təmiz ömrünə baxmaq istər könül.
İlk məhəbbətinə doğru axmaq istər könül.

Yaylaqda

Bir ömrə biz
hər anında o çağıq.
Bir yaylaqda
bir ömürdən ocağıq.
Dumanında cığırları
kösöv kimi keçirik.
Yağışında cızıldayır,
Sürmələnib keçirik.

Bu yaylağın
dəyəsində keçəyik.
Yağışlarda onların da
çatır heçi.
Bir vidanı
axır necə keçəyik
qarşımızda bu dünyanın
yatır heçi.
Bu yaylağın
qayasında keçiyik.
Bir nəğmənin
Qayalara köçüyük:
Oyuğunda
Yatır keçi,
Qoz ağacı, - qotur keçi.
Qətranına
batır keçi,
Şam ağacı, - şatır keçig

Aşıq Zəlimxanvari

Heç yoxlamamışdan gedib-gələni,
Yığasan yollardan ömrə tələni,
Onlardan vurasan çiynə şələni, -
(Onsuz da hər ömrə dünya yük dolu)
Belə yüklənəsən.
yüklənəndə dəg

Sərvətdən tüklülər başda hür kimi,
İşi, peşələri xalqa hür kimi.
Sözlərin paylana elə dürr kimi,
(Dazlanan başlardan hər yan tük dolu)
Belə tüklənəsən,
tüklənəndə dəg

Çiçək açmayanda ömründə düzün,
Bəndədən dönəndə bir yolluq üzün.
Allaha dikilsin şəkkindən gözün,
(O zaman qalmazsan canı şəkk dolu)
Belə şəklənəsən,
şəklənəndə dəg

İllər ağacdələn, canı dələn var,
Axır ölüm adlı, axır tələn var.
Bilsən ki, arxanda arxa, gələn var,
(Onsuz da hər yanda cahan tək dolu)
Belə təklənəsən,
təklənəndə dəg

bulaq korluğudur çölün ələmi,
quraq quruluğu gölün ələmi,
kaş ki qocalmasın əlin qələmi,
(Ürək tellərinin ömrü kök yolu), -
Belə kökləmsən,
köklənəndə də.

Qəribsəmələr

I

Yusif Səmədoğlunu hər dəfə
rayon mehmanxanalarında
yaxaladı,
Suyla üzünü, gözünü
sevimli konyakıyla özünü
ha yaxaladı, yaxdadı
onun rəngindən
qurtara bilmədi bənizini.
Gecəni
Bir bulud üstə yatmaq istədi.
Ulduzlu yorğanıyla yuxunun
balına batmaq istədi.
O başdan əvvəl günaşağılara
Gərnəşə-gərnəşə baxsın deyə,
Sonra da səmadan
Cırıltılı çarpayına
Ulduz kimi axsın deyə.

II

Nazim Hikmət
qəribçiliyin havasız vaxtında,
Göyün yeddi qatında, -
Qahirə uçağında
Türkiyəsinə səmadan
baxmaq istədi.
Gözləriylə qoynuna ulduz kimi
axmaq istədi.
Səmadansa İstanbulunu
görmədi, görmədi, görmədi.
Bu dəfə buludlar viza
vermədi, vermədi, vermədi:
Oranın Nazim qovağıyam,
yaşılımdan qoparmayın məni.
hələ ölmək istəmirəm,
şərqə, qərbə,
cənuba, şimala
ikiqat qərib kimi
aparmayın məni.

Məzar üstü

Doğmalardan ayrılmaq
özüylə vidalaşmaq kimi.
Dünyadan o yana
addım-addım aşmaq kimi.
Məzarlar insanlara
Son səngərə dönür.
Vidaya gələnlər də
Həm tüfəngə,
həm əsgərə dönür.
Səmaya səssiz
atəşlər çatılır.
Adam - tüfənglərdən
barıtlaşmış kədər atılır.
Dünyanın məzarlıq etdiyi
bir insan ovu,
atəşləndirir
neçə çaxmağı, qovu.

Nurəngiz Günə

Hər məzar doğmalara
Boylanır acı-acı.
Bəlkə ziyarətlərdi
Onların ehtiyacı.
O iki gözə dönüb
Heç zaman tək qoymayın.
Günəşli günlərdə heç
Üstə çiçək qoymayın.
Adını ondan alıb
O günəş balasıdı.
Odlu çiçəklərini
Göylərdən alasıdı.
Çiskinli günlərini
İlk bahara döndərin.
Sevimli gülləriylə
Günə salam göndərin.