adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Fevral 2018 00:05
10706
GÜNDƏM
A- A+

Ankarada bir diplomat


Şöhrətli insanların böyük əksəriyyəti o şöhrəti haqq edənlərdir. Başqa sözlə, öz haqlarının sahibidirlər. Hətta, bəzən dəyərləri şöhrətlərindən də yüksək ola bilir, çünki şöhrət sahiblərinin bilinməyən dəyərləri də vardır. Amma bunlar çox zaman təvazökarlıq ucundan unudulub gedir.
Mən tanıyanda o, Azərbaycanın Ankarada fövqəladə və səlahiyyətli səfiri idi. Söhbət Məmməd Əli Novruzoğlundan gedir.
Novruzoğlu Türkiyədə tanıdığım müstəsna diplomatlardan biri, bəlkə də birincisiydi.
Karyeralı bir diplomat deyildi. Əksinə, önəmli bir elm adamı idi. Bəlkə də elm adamı olmağına görəydi ki, səbata, sabitliyə və intizama verdiyi önəmlə ortaya qoyduğu çalışmaları onun önə çıxmasına vəsilə olmuşdu. İngilislərin "self mademan", fransızların "autodidacte" dedikləri sahənin xaricində öz-özünü yetişdirmiş bir şəxsiyyətdi.
Türkiyədə sayılıb-seçilən bir səfir kimi çalışdı. Türkiyədə önəmli şəxsiyyətlərin hamısı onu tanıyırdı. Süleyman Dəmirəllə, Alparslan Türkeşlə, Bülənt Ecevitlə, Turqut Özalla, Tansu Çillərlə, Məsut Yılmazla, Hikmət Çətinlə dost idi. Doğramacı Xoca ilə arkadaş idilər. Qalatasaraylıydı. Ankarada Səfirliyin binası, Azərbaycan Kültür Evi onun zəhməti bahasına başa gəlmişdi.
Çalarlı şəxsiyyətiylə Azərbaycanı Türkiyədə müstəsna bir qabiliyyətlə təmsil etdi. Elçibəyin təyin etdiyi bu səfir daha sonra Azərbaycan prezidenti Heydər Əliyevi, onun vəfatından sonra isə prezident İlham Əliyevi təmsil etdi. Ankarada 1992-2005-ci illər arasında on üç il səfir olduqdan sonra İspaniyaya göndərildi. Orada beş il səfir olduqdan sonra isə yaş həddi ilə bağlı təqaüdə çıxdı. İndiyəcən Bakı Dövlət Universitetində alim kimi çalışan Azərbaycanın dəyərli övladı Məmməd Əli Novruzoğlu, 2007-ci ildə Mərmərə Qrupu Vəqfinin "Onur Medalı" ilə də təltif edildi.
Özünü tanımazdan öncə, onun şöhrətindən xəbərdar idim, qiyabi tanıylrdım. Rəhmətlik Alparslan Türkeş bizi tanış edəndə o, artıq Ankarada yetərincə tanınmış bir şəxsiyyət idi. O arada, Rusiya Federasiyasının Ankaradakı səfiri önəmli bir adam olan Albert Çernişov idi. Türk dilində mükəmməl danışan Çernişov təcrübəli bir səfir olmağına rəğmən Novruzoğluna böyük sayğı duyardı və mən bir neçə toplantı və törəndə bunun canlı şahidi olmuşdum.
Süleyman Dəmirəlin də Novruzoğluna xüsusi rəğbəti vardı.
Heydər Əliyev hər dəfə Ankaraya gələndə Prezident və Baş Nazirlə görüşdükdən sonra Novruzoğlu müxalifət liderlərini və vacib bildiyi şəxsləri tək-tək onun yerləşdiyi iqamətgaha dəvət edər və görüşləri təşkil edərdi. Beləliklə, Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyədə bir çox dövlət, siyasət adamını, akademik və iş adamlarını, yüksək çinli məmur və önəmli şəxsiyyətləri Novruzoğlunun vasitəçiliyi ilə tanımışdı.
Mərmərə Qrupu Vəqfində başqan olduğum zaman Heydər Əliyevi İstanbulda qonaq qismində ağırlamaqda israr edirdim.
Bundan dolayı, Novruzoğlunu hər fürsətdə sıxışdırırdım. 1998-ci ildə ondan gözlədiyim xəbəri aldım. Prezidentin bizə saat yarım vaxt ayırdığını, bir nahar ziyafəti hazırlaya biləcəyimi bildirdi. Prezident Heydər Əliyevi "Hilton Otel"də qarşıladıq, o özü bizə ayırdığı vaxtı uzatdı və dörd saatdan çox bizimlə birlikdə oldu. Prezident Heydər Əliyevin bu müstəsna toplantısı mətbuatda böyük əks-səda doğurdu. Prezident bu toplantıda mütəvazi bir şəkildə: "Məni də bu Vəqfə üzv edin" dedi. Onun bu istəyi mən və dostlarım tərəfindən Heydər Əliyevin "Şərəf Başqanı" ("Fəxri Sədr") seçilməsi ilə dəyərləndirildi. Özünü bu barədə məlumatlandırdıqda lütfkarlıqla qəbul etdi. Əbədiyyətə qovuşuncaya qədər də belə davam etdi.
Novruzoğlu ilə İspaniyada da birlikdə olduq. Endülüsdə Elhamra Sarayında hazırlanmış Uluslararası Mədəniyyətlərarası Dialoq Konfransında məruzəçiydim. Həyat yoldaşımın, Engin Köklüçinar və həyat yoldaşının da mənimlə birlikdə olduqları Endülüs səyahətimizdə lütf edib Madriddən buraya gəlmiş və bizi tək qoymamışdı.
İyirmi ildir fasiləsiz olaraq gerçəkləşdirdiyimiz Avrasiya İqtisadi Zirvələrinin müdavimlərindən də olan Məmməd Əli Novruzoğlunun dönəmində Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın və Qazaxstanın Ankaradakı səfirləri onunla birlikdə hərəkət edərdilər. Haqqında söhbət gedən ölkələrin səfirləri üçün o "duayen", türk dünyasının deyimi ilə desək Ağsaqqal idi.
Zəngin olduğu qədər də mütəvaze olan Məmməd Əli Novruzoğlu eyni zamanda canlı ensklopediyadır. Çox məşhurları yaxından tanıyan bu mütəvaze insan bu gün 75 yaşlı ağ saçlı bir ağsaqqaldır. Ona möhkəm cansağlığı, səadət dolu neçə illər arzu edirəm.
ANKARADA BİR DİPLOMAT

Şöhretlerin büyük çoğunluğu o şöhreti hak ederler. Bir başka deyişle şöhretinin bihakkın sahibidirler. Hatta bazen değerleri, şöhretlerini de aşabilir, zira şöhret sahiplerinin bilinmeyen değerleri de vardır. Ama bunlar çoğu zaman tevazu loşlukları içinde kalır, gider.
Onu tanıdığımda Azerbaycan"nın şöhretli Ankara Büyükelçisiydi. Profesör Mehmet Ali Nevruzoğlu"ndan söz ediyorum.
Nevruzoğlu, Türkiye"de tanıdığım müstesna diplomatlardan birisi, belki de en önemlisiydi.
Kariyer bir diplomat değildi. Aksine önemli bir ilim adamıydı. Belki de ilim adamı oluşundan dolayı sebata, istikrara ve disipline verdiği önemle ortaya koyduğu çalışmaları, onun öne çıkmasına vesile olmuştu. İngilizlerin "self mademan", Fransızların "autodidacte" dedikleri, alanının dışında kendi kendini yetiştirmiş bir şahsiyetti.
Türkiye"de saygın bir elçilik görevi yaptı.
Türkiye"de tanımadığı insan hemen hemen yok gibiydi. Süleyman Demirel"le, Alparslan Türkeş"le, Bülent Ecevit"le, Turgut Özal"la, Tansu Çiller"le, Mesut Yılmaz"la, Hikmet Çetin"le dosttu. Doğramacı Hoca ile arkadaştı. Galatasaraylıydı. Ankara"ya Büyükelçilik Binası"nı, Azerbaycan Kültür Evi"ni kazandıran oydu.
Renkli kişiliği?le Azerbaycan"ı Türkiye"de müstesna bir temsil kabiliyetiyle temsil etti. Elçibey"in atadığı bu büyükelçi daha sonra Haydar Aliyev"i, vefatından sonra da İlham Aliyev"i temsil etti. Ankara"da 1992-2005 yılları arasında on üç yıl büyükelçilik yaptıktan sonra İspanya"ya atandı. Orada beş yıl büyükelçilik yaptıktan sonra da yaş haddinden 2010 yılında emekli oldu. Halen Bakü Devlet Üniversitesi"nde bilim adamı olarak hizmet veren Azerbaycan"ın değerli evladı Mehmet Ali Nevruzoğlu, 2007 yılında Marmara Grubu Vakfı"nın Onur Madalyası"nın da sahibi oldu.
Kendisini tanımadan önce şöhretini duyuyor, biliyordum. Rahmetli Alparslan Türkeş bizi tanıştırdığında O, Ankara"nın bilinen, tanınan kişisiydi. O sıralarda Ankara"da Rusya Federasyonu"nun Büyükelçisi bir başka önemli adam Albert Chernichov"du. Mükemmel Türkçesi olan Chernichov kıdemli büyükelçiydi ama Nevruzoğlu"na büyük saygı gösterdiğine nice toplantı ve törende şahit olmuştum.
Süleyman Demirel de Nevruzoğlu"na büyük özen gösterirdi.
Haydar Aliyev her Ankara"ya geldiğinde önce Cumhurbaşkanı ve Başbakan"la görüşür sonra da Nevruzoğlu, O"nun kaldığı mekana muhalefet liderlerini ve önemli gördüğü şahsiyetleri tek tek davet eder ve görüştürürdü. Böylelikle Azerbaycan Cumhurbaşkanı Haydar Aliyev, Türkiye"de pek çok devlet, siyaset adamını, akademisyen ve iş insanını, yüksek bürokrat ve önemli şahsiyeti Nevruzoğlu vasıtasıyla tanımıştı.
Marmara Grubu Vakfı"na başkan olduğumda Haydar Aliyev"i, İstanbul"da misafir konuşmacı olarak ağırlamakta ısrar ediyordum.
Dolayısıyla Nevruzoğlu"nu her fırsatta sıkıştırıyordum. 1998 yılında beklediğim haberi verdi. Cumhurbaşkanı"nın bize bir buçuk saat ayırdığını, bir öğle yemeği düzenleyebileceğimi bildirdi. Cumhurbaşkanı Haydar Aliyev"i Hilton Oteli"nde ağırladığımızda, kendileri süreyi uzattı ve dört saati aşan bir süre bizimle birlikte kaldı. Cumhurbaşkanı Haydar Aliyev"in bu müstesna toplantısı yazılı ve sözlü medyada büyük yankı uyandırdı. Cumhurbaşkanı o toplantıda mütevazi bir şekilde; "Beni de bu Vakfa üye yapınız" dedi. Bu isteklerini arkadaşlarım ve ben, Cumhurbaşkanı Haydar Aliyev"in "Şeref Başkanı" olması yolunda değerlendirdik. Kendilerine arz ettiğimizde, lütfedip kabul buyurdular. Ebediyete intikallerine kadar da, bu böyle sürdü.
Nevruzoğlu ile İspanya"da da beraber olduk. Endülüs"te Elhamra Sarayı"nda tertiplenen Uluslararası Kültürlerarası Diyalog Konferansı"nda konuşmacıydım. Eşim ile Engin Köklüçınar ve Eşinin de benimle beraber olduğu Endülüs seyahatimizde, Madrid"den kalkıp lütfedip geldi ve bizleri yalnız bırakmadı.
Yirmi yıldır aralıksız olarak gerçekleştirdiğimiz Avrasya Ekonomi Zirveleri"nin müdavimlerinden de olan Mehmet Ali Nevruzoğlu, döneminde Özbekistan, Türkmenistan, Kırgızistan ve Kazakistan"ın Ankara Büyükelçileri onunla birlikte hareket ederlerdi. Söz konusu ülkelerin Büyükelçileri için O duayendi veya Türk dünyasının deyimiyle Aksakaldı.
Renkli ve o nispette de mütevazi olan Mehmet Ali Nevruzoğlu, ayaklı bir kütüphanedir de! Ünlü pek çok kişiyi tanıyan bu mütevazi insan bugün yetmiş beş yaşında ak saçlı bir Aksakaldır. Kendisine sağlıklı, mutluluk dolu nice yıllar temenni ediyorum.