adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Yanvar 2018 16:44
9235
MƏMLƏKƏT
A- A+

Bakıda 25-30 yaşlı ağaclar kəsildi - İşə polis qarışacaq

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində 6 dekorativ ağac kökündən kəsilib.

Trend-in məlumatına görə, ağac kəsimləri Mərdəkan qəsəbəsinin Yevgeni Onegin küçəsi 10 ünvanında yeni tikilən obyektin qarşısında qeydə alınıb. 25-30 yaşlı sərv ağacları Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan ərazidə olub.

Təsərrüfat Birliyi qeyd edilən ünvanda ağacların qanunsuz olaraq kökündən kəsilməsi faktını təsdiqləyib.

İdarədən Trend-ə bildirilib ki, ağacların kəsilməsi ilə əlaqədar sabah hüquq-mühafizə orqanlarına, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edəcəklər.

İdarədən o da qeyd edilib ki, diametri 23-24 sm-dən böyük ağacları kəsənlər cinayət məsuliyyətinə cəlb edilir.

O da bildirilib ki, sabah həmin ərazidə yeni ağaclar əkiləcək.