adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Yanvar 2018 16:35
12533
MƏMLƏKƏT
A- A+

Azərbaycanda “kiçik çillə” başlayır

Bu gün Azərbaycanda "Böyük çillə” bitir, daha soyuq sayılan "Kiçik çillə” başlayır.

Adalet.az xəbər verir ki, Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-19 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur.

İyirmi gün davam edən "Kiçik çillə” havanın soyuq, sərt olması ilə diqqəti cəlb edir. Belə ki, "Kiçik çillə”də havanın temperaturu daha kəskin düşür, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda mülayim havada bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir.

Azərbaycanın bəzi bölgələrində "Böyük çillə”dən "Kiçik çillə”yə keçəndə müəyyən mərasimlər təşkil olunur. Belə mərasimlərdən biri "çillə qarpızı” ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan "çillə qarpızları” kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.