adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Yanvar 2018 16:10
52186
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Şair Maarif Soltan dostlarının birinin toyunda möhkəm yeyib-içir, sonra da ayıq sürücü çağırır. Ayıq sürücü gəlir girir toya, Maarif müəllimlə qol-qola çıxırlar şadlıq evinin həyətinə. Ayıq sürücü deyir ki, şair, maşını göstər. Ha gəzirlər maşını həyətdə tapmırlar. Sürücü deyir, heç olmasa maşının nömrəsini de. Şair də babatdı, nömrəsini də deyə bilmir. Sürücü məcbur olub şairin cibindən telefonunu götürüb istəyir ki, yaxınlarından kiməsə zəng edib maşının nömrəsini öyrənsin. Ele açan kimi görür yazılıb «ev». Zəng edir, evdən bir uşaq telefonu açır.

Ayıq sürücü:

- Şairin kefi bir az kökdü, mən ayıq sürücüyəm, çağırtdırıb, amma nə maşını tapa bilir, nə də nömrəsini deyə bilir.

- Ay əmi, papanın maşını nə gəzir, mindir səksən səkkizə, özü gəlib evə çıxacaq.

Ayıq sürücü dilxor halda deyir:

- Şair, sənin maşının yoxdu axı, məni niyə çağırtdırmısan?

Şair:

- Ə, maşınım nə gəzir, gördüm süfrə arxasında oturanların hamısı yekə-yekə ayıq sürücü çağırır, dedim mən onlardan əskik deyiləm ha, qoy elə bilsinlər mənim də maşınım var.