adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Yanvar 2018 14:56
9841
SİYASƏT
A- A+

“Azərbaycanlıların bu siyahıda olması yaxşı hal deyil” - Vahid Əhmədov

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ Rusiya rəhbərliyinə yaxın olan 210 siyasətçi və məmuru "Kreml siyahısı”na daxil edib. Siyahıda rusiyalı məmur və biznesmenlərlə yanaşı bu ölkənin vətəndaşı olan Azərbaycan əsilli milyarderlər Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, Zarax İliyev və Qod Nisanovun adı yer alıb.

İqtisadçı deputat Vahid Əhmədov bildirib ki, sanksiyalar birbaşa Rusiya hökumətinə qarşı nəzərdə tutulub. Onların arasında azərbaycanlıların olması yaxşı hal deyil.

"ABŞ-ın hazırladığı siyahı həm şirkətlərə, həm də şəxslərə qarşı yönəlib. Həmçinin dövlət məmurlarına qarşı böyük sanksiyalar nəzərdə tutulur. Sanksiyalar həyata keçirilərsə, bunun Rusiya iqtisadiyyatına çox böyük təsiri olacaq. Sanksiyalar Rusiya ilə ticarət əlaqələri olan qonşu dövlətlərə də təsir edə bilər. Bizim də Rusiya ilə çox böyük ticarət əlaqələrimiz var. Bu səbəbdən idxal-ixrac əməliyyatlarında müəyyən problem yarana bilər”.

V.Əhmədov qeyd edib ki, tətbiq olunacaq sanksiyalar daha çox Rusiyanın siyasəti ilə bağlıdır: "Sanksiyalar Rusiyaya qarşı təzyiq kimi istifadə olunur. Hesab edirəm ki, bu, daha çox Ukrayna və Gürcüstanla əlaqədardır. Sanksiyalar Rusiya iqtisadiyyatıan ciddi ziyan vura bilər”.(azvision.az)