adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Yanvar 2018 14:45
12766
GÜNDƏM
A- A+

Qobustan həbsxanası nə vaxt köçürüləcək? - Açıqlama

Bakının Qaradağ rayonu ərazisində yeni, müasir standartlara cavab verən qapalı həbsxananın tikintisi davam etdirilir.

Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Umbakı qəsəbəsində tikilən yeni həbsxananın nə zaman istifadəyə veriləcəyinə gəlincə, M.Sadıqov dəqiq vaxtın məlum olmadığını bildirib.

Qeyd edək ki, həbsxana hazır olandan sonra Qobustan Qapalı Həbsxanası həmin müəssisəyə köçürüləcək.