adalet.az header logo
  • Bakı 17°C
31 Yanvar 2018 14:08
15736
KRİMİNAL
A- A+

Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. 

DİN-dən Adalet.az-a verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyunun 5-dən dekabrın 31-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən akkumulyator, habelə 3 evdən geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Rəhimov saxlanılıb.