adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Yanvar 2018 14:06
14781
KRİMİNAL
A- A+

Xeyli silah-sursat polisə təhvil verilib

Polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir. 

DİN-dən Adalet.az-a verilən məlumata görə, belə tədbirlərin nəticəsidir ki, ötən gün də vətəndaşlar tərəfindən xeyli silah-sursat polis orqanlarına təhvil verilib. Belə ki, yanvarın 30-da ümumilikdə 5 silah - 1 ədəd "Karabin", 1 ədəd "TOZ-8" 3 ədəd "İJ" markalı ov tüfəngləri vətəndaşlar tərəfindən könüllü olaraq Ordubad, Biləsuvar və Salyan rayon polis şöbələrinə təhvil verilib. Həmçinin Pirallahı qəsəbə sakini Təbib Mirzəyev 2 ədəd "F-1" markalı qumbaranı, 2 ədəd qumbara alışdırıcısını və 20 ədəd patronu könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.