adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Yanvar 2018 13:01
13275
DÜNYA
A- A+

QARA DƏNİZ SƏMASINDAKI TƏYYARƏ QALMAQALI İLƏ BAĞLI VİDEO YAYILDI

ABŞ hərbi hava qüvvələri EP-3 Aries kəşfiyyat təyyarəsinin Rusiyanın Su-27 qırıcı təyyarəsi tərəfindən tutulmasının video görüntüsünü yayıb. Hadisə bu il yanvarın 29-da, Qara dəniz üzərində Rusiya sərhəddinə yaxın beynəlxalq hava məkanında baş verib. ABŞ HHQ-nin saytında qeyd edilir ki, Rusiya qırıcısı "Amerika təyyarəsinin hərəkət xəttini kəsərək” onun 1,5 metrliyindən keçib”.

HHQ-nin bəyanatına görə ABŞ təyyarəsi beynəlxalq hüquq qaydalarına əməl edib, Rusiya təyyarəsinin bu qədər yaxınlaşmasına əsas verən heç bir pozuntuya yol verməyib. "Rusiya hərbçiləri beynəlxalq hava məkanında özlərini bu cür aparmaq hüququna malikdirlər, ancaq onlar beynəlxalq standartlara uyğun hərəkət eləməyə borcludurlar”, - deyə bəyanatda deyilir.

"Kommersant” qəzeti bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyinə istinadən bildirmişdi ki, Rusiya qırıcısı Amerika təyyarəsinin sərhəddi keçməsinin qarşısını almaq üçün ona təhlükəsiz məsafəyə qədər yaxınlaşıb. ABŞ Dövlət departamenti isə bunu beynəlxalq normaların pozulması kimi qiymətləndirmişdi.