adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Yanvar 2018 16:44
19868
MARAQLI
A- A+

Dünya nə vaxt dağılacaq?

Böyük Britaniya alimi Stiven Hokinq qlobal istiləşmə nəticəsində bəşəriyyətin 100 ildən sonra məhv olmaq təhlükəsi ilə üzbəüz qaldığını bildirib. Dünyaca məşhur fizik bu barədəki fikirlərini «Sevimli yerlər» sənədli filmində səsləndirib. Deyib ki, əgər ətraf mühitdə baş verən dəyişikliklər bu cür davam edərsə, atmosfer qarşıdakı 100 il ərzində atmosfer o dərəcədə qızacaq ki, Yer kürəsi Venera planetini xatırladacaq. Həmin planetin içərisində havanın temperaturu 467 dərəcə selsi, atmosfer təzyiqi yerdəkindən 93 dəfə çoxdur. Bu təzyiq isə nəhəng sualtı gəmini parça-parça etməyə kifayətdir.

Alimin fikrincə burda adi istixana effektidir, yəni sıx bulud təbəqəsi günəş şüasinı Yerə buraxır, ancaq onun geriyə, Kosmosa qayıdışına mane olur. Ehtimallara görə, 4,5 milyard il əvvəl Venera okeandan ibarət olub. Ancaq Günəşə yaxınlığına görə, həmin okeanın suyu buxarlanıb və atmosferi su buxarının yığıntıları ilə doldurub. Eyni proses ancaq nisbətə kiçik miqyasda Yer kürəsində baş verir. Burdakı istixana qazları isə artıq karbonidlərdir.

Hokinq deyir ki, 100 ildən sonra yaşadığımız planetdə vəziyyət dəhşətli dərəcədə pisləşəcək və bəşəriyyət özü üçün yeni yaşayış məskəni axtarmalı olacaq. «Əgər siz qlobal istiləşməni inkar edən bir kimsəylə rastlaşsanız, ona Veneraya getməyi məsləhət görün. Yol pulunu özüm verəcəm», - deyə alim efirdə zarafatından da qalmayıb.