adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Yanvar 2018 16:31
42850
HÜQUQ
A- A+

Fədayə Laçın azadlığa çıxmaq üçün müraciət edəcək

Həbsdə olan müğənni Fədayə Laçın bu gün vəkili ilə görüşüb

Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a müğənninin vəkili Türkəl Süleymanlı bildirib. Onun sözlərinə görə, F.Laçının səhhəti qaydasındadır, saxlanma şəraitindən şikayəti yoxdur.

"Gələn həftə ölkə rəhbərliyinə müraciət etməyi planlaşdırırıq”- deyə vəkil vurğulayıb.

Xatırladaq ki, 2017-ci ildə oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.