adalet.az header logo
  • Bakı 13°C

Nicat NOVRUZOĞLU: AĞSUDAKI İNTİHARIN SƏBƏBİ NƏYMİŞ?

NİCAT NOVRUZOĞLU
57041 | 2018-01-31 11:06

İntiharhadisələri adi hal alıb. Az qala 7-dən 77-yə. İntihar səbəbləri isə müxtəlifdi. Adamı ən çox təəccübləndirən13-14 yaşlarında uşaqların heç intiharın nə olduğunu bilmədiyi halda intihar etmələri.

Dəfələrlə yazmışıq, yenə yazırıq. İntiharla bağlı təbiiki, cinayət işi qaldırılır və araşdırma aparılır, amma bu günədək hələ bircə nəfərdə kiminsə intihara təhrik etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi haqdabir fakta rast gəlməmişik, xüsusilə də ailə-məişət zəminində baş verən intiharlarda.Və az qala mətbuatımız intiharı təbliğ edir.

Bugünlərdə televiziya kanallarının birində məşhur aparıcı ailə-məişət zəminində birhadisəni araşdırarkən çox qəribə bir ifadə işlətdi: «Bu hadisə mənim başıma gəlsəydi,intihar edərdim». Neyləsinlər, başlarına belə hadisələr gələnlər intiharmı etsinlər?!

Gələkmətləbə. Ağsu rayonunun İlxıçı kəndində 36 yaşlı Səbirə Kərimova intihar edib. Hüquq-mühafizəorqanları hələ bu intiharın səbəbini araşdırmağa başlamamış mətbuat artıq «araşdırıb».Qəzetlər, saytlar, sosial şəbəkələr partlayır. Guya bu xanım 280 manat işıq puluborcunu ödəyə bilmədiyinə görə intihar edib. Kəndin bir sakini, təbii ki, iqtidardan küskün birmüxalifətçi bundan yararlanmaq üçün belə bir xəbəri mətbuata ötürüb, AXCP və Milli Şura da sevindiriyə düşüb, bu faciədən yararlanmağaçalışır.

Mətbuatda məsələnin mahiyyətini dəqiq araşdırmadan işıqpulu məsələsini qabardaraq hadisəni tirajlayıb. Eləcə də bizim «Ədalət» qəzeti. Buna təəssüf edirik.

Əslindəisə intihara səbəb qətiyyən işıq pulu ilə əlaqəli deyil. İşıq İdarəsi rəsmi məlumat yayıb ki, həmin ailənin cəmi 3 manat cariişıq pulu borcu olub və borca görə də işıqkəsilmir.

İkincisi,ailənin həddən artıq çox kasıb həyat tərzi yaşadıqları da bildirilir. Ailə kəndtəsərrüfatı ilə məşğuldur, 20-dən çox malı,heyvanı var, təsərrüfatında 50-dən çox da quş var. Yəni dərd 280 manatdərdi olsaydı qoyunun birini satıbartıqlaması ilə ödəmək mümkün idi. Deməli, söhbət heç də işıq pulunda deyil, həttaborcu olsa belə.

Buxanım başqa rayondan bu kəndə gəlin gəlib. Son 6 ayda ailədə böyük münaqişələr varmış.Əsas səbəblərdən biri də gəlinin son 6 aydaəri tərəfindən ata evinə buraxılmaması. Və nəticədə bu ailə münaqişəsixanımı intihar həddinə gətiribçıxarıb.

İndiAğsu rayon hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar cinayət işi qaldırıb vəaraşdırma aparıb. Artıq araşdırmalarda müəyyən nəticələr əldə edilib.Yəqin ki son nəticə hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə çatdırılacaq.

İntihara təhrik edənlər üzə çıxarılıb cinayətəcəlb edilsələr, başqalarına görk olar,onda bir çox intiharlarınqarşısı da alınar.

Onuda qeyd edək ki, mətbuata saxta məlumat ötürənlər də məhkəməyə verilib.


TƏQVİM / ARXİV