adalet.az header logo
  • Bakı 20°C
30 Yanvar 2018 10:15
10458
MƏMLƏKƏT
A- A+

Naxçıvanda rəsmən işsiz yoxdur

Əhali məşğulluğunun təmin olunması üzrə təkcə 2007-ci ildən 1 yanvar 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikasında 46 min 717 yeni iş yeri açılıb. Bunun da 84,7 faizi daimi iş yerləridir.

Adalet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq bu gün rəsmi işsiz statusu alan şəxs qeydə alınmayıb, məşğul əhalinin sayı 2007-ci ilin sonu ilə müqayisədə 1,3 dəfə artaraq 235,5 min nəfərə çatıb. Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin edib, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 416 manatı ötüb. 2007-ci ildə bu göstərici 153,9 manat səviyyəsində olub.

Məlumatda qeyd olunub ki, 2007-ci illə müqayisədə 2017-ci ildə ümumidaxili məhsul istehsalı 5 dəfə, sənaye məhsulu 7,9 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 4,5 dəfə, kənd təsərrüfatı məhsulu 3,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 2 dəfə, informasiya və rabitə xidmətləri 3,1 dəfə, pərakəndə əmtəə dövriyyəsi 6,4 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər 4,7 dəfə artıb.