Bir gün hamımız qorxacağıq kölgəmizdən - Eminquey yazır

EMİNQUEY AKİF
65473 | 2018-10-20 12:45

Uşaq vaxtı bir topu bölüşdüyün, qaçanda tuta bilmədiyindostlarını zaman gəlir, həqiqətən də tuta bilmirsən. Böyüyə-böyüyə məhəllənizinbayram tonqalı azalır, uşaq səs-küyü azalır. Böyüyürsən, öz uşağın üçün tonqalqalayırsan, top alırsan. Başqa uşaqların səs-küyü ilə əvəzlənir sənin uşaqlığın.Uşaq vaxtı öyrəndiyin şeirlər böyüyür, böyüyür, bir də görürsən ki həyat boydaşeirin içindəsən. Yavaş-yavaş itkilərin maddilikdən çıxır, mənəviləşir. Öyrənirsənki:

əvvəl-axır biz özadımızı daşa veririk,
biz ömrümüzü
Yer adlı gicəllənən əyyaşa veririk,
saat - Yerin öz oxu ətrafında hıçqırtısıdır.

Öyrənirsən ki, uşaq vaxtı döyülən dostun cəbhədə şəhidolub, uşaq vaxtı zəhlən gedən uşaq hamının sevgisini qazanıb. Heç qoluna girəbilmədiyin atanın qoluna iflic girib, sonra infarkt solundan alıb aparıb. Belə-beləölənə kimi öyrənirsən.

Heç yadımdan çıxmaz. Dostumla aramızda inciklikdüşmüşdü. Bir xeyli görüşmədik. Görüşmədiyimiz vaxtlarda o, Türkiyəyə oxumağagetdi. Aydınlığa çıxanda qara xəbər ləkə kimi düşdü səhərin bağrına. Ki,dostumun bacısının da adını daşa yazdıracaqlar. Özü də toyuna az qalmış.

Yadımdadı ki, evdə danışılan sör-söhbətdən bilirdimki, qızın boğazında xərçəng tapılmışdı. Bu diqanozu ona Bakıda qoymuşdular.Nişanlı idi, amma qızın bu xəstəliyə tutulmağını eşidən oğlanın ailəsi nişanıqaytarmışdı. Təsəvvür edin, xərçəngə tutulan adamın nələr hiss etdiyini. Üstəgəldə nişanını qaytaralar bu səbəbdən... Onu İrana apardılar. Həkimlər demişdilərki, boğazında zob var, vəssalam. Xərçəng diaqnozunu qoyan həkim kimdirsə sizisoğan kimi soyub ağlatmaq istəyib. Bakıya qayıdandan bir müddət sonra həminoğlan qızla yenidən nişanlandı. Bilmirəm, bəlkə də ailəsinin rolu var imiş bu məsələdə.Yəqin yenidən nişanlanmaqlarının da səbəbkarı oğlan imiş. Bilmirəm... Axı o ailəsininsözü ilə birinci dəfə nişanı niyə pozmuşdu?! Əşşi, sözdü də deyirəm. Nə çox beləməcburi ayrılıqlar, məcburi evliliklər.

Bir də gördüm ki, qırmızı parça ilə üstü örtülən cənazəçıxır binanın blokundan. Arxasınca da qadınlar, əllərində xonçalar. Xeyirlə şərinilk dəfə belə qardaşlığını görürdüm. Qardaş da qardaşa bu cür oğraşlıq edərmi?!Anasının ürəyi getmişdi cənazənin yanında.

Ortaq dostlarımız çox idi. Yığıldığımız kafedəfikirləşirdik ki, bu xəbəri necə gizlədək Ramindən. Atası da tapşırmışdı ki,danışsanız ona deməyin. Yad ölkədədir, özünə nəsə edər, bilmərik. Tərslikdən dəRamin həmin saatlarda dalbadal zəng vurmağa başladı. Əvvəl açmadıq zəngini...Bu nə cür senaridir axı. Niyə həmin vaxt?! Uşaqlarla dedik ki, zəngi kimaçaçaqsa gülsün, biz də yerdən zarafatlaşarıq, hiss eləməz. Ramin bizimzarafatlarımızın süniliyini hiss eləmişdi. Nəsə olub? – deyəndə dostumuz həyəcanınıələ verdi. Elə bil, Ramin ağzımızdan bu xəbəri eşitməyə can atırdı, tələsirdi.Dostumuz özünü saxlaya bilmədi, ağlamağa başladı. Bacını itirdik...

Sonrası mən kafedən qaçdım... Biraz gəzişib gəldimyas çadırına. Ölümün oğraşlığına bax! Xərçəngdən canını qurtaran qız evdə təkolduğu vaxt hamamda dəm qazından boğulmuşdu. Axı niyə? Ölüm var ki, biz ondanhansısa nəticəni çıxarırıq, dərs alırıq. Bu ölümdən hansı nəticəni çıxarıb özünətəsəlli edəsən axı?! İncikliyimizi, küsülülüyümüzün barışıq aşı yas aşı oldu.

Xonçalar onun məzarınınyanına düzülmüşdü...

Üstündən iki ay keçməmişdi. Hərbi xidmətdən qayıdandostumuzla bunu qeyd eləyirdik. O əsgərlik xatirələrini danışdıqca başımızıyelləyirdik bayraq kimi. El dilində desək, pnevmaniya, elmi dildə desək, ağciyəriltihabı tapmışdı canını. Deyirdi ki, az döyülməmişəm, az qalmamışam soyuqda.Nicatla o görüşdən sonra heç görüşə bilmədim. Elə ancaq mesajlaşırdıq, ammagörüşmək istəyirdik.

Necə oldusa, xalamoğlu zəng vurdu ki, Nicat komayadüşüb. Filan yerdədir, mən də gəlirəm, ora gəl. Gedəndə gördüm, Nicatın atası,anası hərəsi bir küncdə büzüşüb ondan xəbər gözləyirlər. Ki, həkim gəlibövladları barədə nəsə xoş bir söz deyəcək. Xalamoğlu dedi ki, Nicatın axşamqızdırması qalxıb, sala bilmədikləri üçün xəstəxanaya gətiriblər. Boğazındakışişi kəsib götürməliymişlər.Amma bapbalaca şiş böyüyüb, böyüyüb, həkimin iynənibeyinə gedən damara vurmağına kimi gəlib çıxıb. Beyin hüceyrələrini öldürüb. Nicatınyanına girməyə icazə yox idi. Həkim onun anasına "Nicatın vəziyyəti yaxşılaşır”desə də, atasına heç də yaxşı sözlər demirdi. Sinifyoldaşlarımız, dostları,qohumları axışırdı xəstəxanaya. Nicatı əməliyyat edən həkimi axtarırdı əmisi,dayısı. Həkimsə yerin dibinə girmişdi. Xəcalətindən yox, qorxusundan.

Düz 12 gün, hər gün gedib gəldik xəstəxanaya. Nicatayılmırdı. Aparatdan asılı qalmış bədəni mübarizə aparmaqdan da yorulmuşdu. Eləbirinci onun ağciyəri sıradan çıxmışdı, sonra böyrəyi. Sonra dərisi çürüməyəbaşlamışdı.

13-cü gün onu doğmalarının razılığı ilə aparatdanayırdılar. Bunun adını ölüm qoysam düz çıxmır. Bu düppədüz qətl idi. Təsəvvüredirsən, komadan ayılmayan oğlunu aparatdan ayırırsan, ölümünü rəsmiləşdirirsən.Onu öldürən neçə nəfər idi? Həkimmi? Allahmı? Aparatdan ayrılmağına icazə verənatası, anasımı? Bircə onu bilirəm ki, anasını saxlaya bilmirdik. İnsan o qədərürək getməsindən necə sağ qalar?!

Anası başına döyə-döyə deyirdi: Nicat həkimə getməkistəmirdi, mən onu məcbur elədim, mən. Nicat ölümünü hiss eləmişdi. O dönə-dönəbunu təkrarlayırdı.

İyirmi yaşlı balam,iyirmi...

Nicatı əvvəlcə morqa apardıq. Sonra məscidə. Onunsinəsindəki yarığın tikişlərini hələ də xatırlayıram. Elə bil, sinəsindən çıxıbgetmişdi Nicat. Elə 13 rəqəminin nəsliyinə o gündən inanmağa başlamışdım. Hissiyatındəqiqliyi bircə ölüm gələndə itirmiş. Hissiyata qapılıb ağlaya da bilirsən,hissiyatına əmin olub sevə də bilirsən. Amma heç vaxt hissiyatına əmin olabilmirsən ölüm haqqında. Hə, belə... Atamın ölümündən sonra dərdimi deyəcəyimdostumun birini də belə itirmişdim. Uşaq vaxtı bir topu bölüşdüyün, qaçandatuta bilmədiyin, bir sinifdə, bir partada oturduğun dostlarını zaman gəlir, həqiqətəndə tuta bilmirsən.

ölüm - həyatın kölgəsidir,
bir gün hamımız qorxacağıq kölgəmizdən.


TƏQVİM / ARXİV