Faiq Qismətoğlu: 280 manat borc və intihar

FAİQ QİSMƏTOĞLU
53165 | 2018-01-29 12:55

... Bu da təzəbir qara xəbər. Bu da bir insanın intiharı. Və bu intihar da bir anın içərisindəbaş verir. Sıxıntılara, ehtiyaca və çətinliyə dözməyən Ağsu rayonu sakini 36yaşlı Səbirə Kərimova intihar edib. Belə baxanda biz bu cür xəbərləri hər güneşidirik. Ki, kimsə ya özünü yüksək mərtəbəli binanın damından atıb, ya da birbaşqası ağacdan kəndirlə özünü asaraq intihar eləyib. Sanki intihar bir Əzrayılkimi bu millətin kasıb təbəqəsinin boğazından yapışıb ondan əl çəkmir ki çəkmir...

Bəs necə olduki, 36 yaşlı Səbirə Kərimova intihar yolunu seçib?! Elə məsələnin ən qaranlıq vədüşündürən tərəfi də bu məqamlardır. Ən azından ona görə ki, bu insanda həyateşqi olub, yaşamağa və mübarizə aparmağa can atıb. Sadəcə olaraq neçə gündürki, işıqları kəsilib və bu soyuq günlərdə də işığın kəsilməyinə dözməyərək özünəintihar edib. İşıq da deyilənə görə, elə-belə kəsilməyib. Sayğacları düz işləmədiyinəgörə işıq idarəsi onları 280 manat cərimələyib. Bu ailə də çox kasıb həyat tərziyaşayırmış. Əvvəllər sosial yardım alsalar da, sonradan həmin yardım dayandırılıb.Həyat yoldaşı təsərrüfat işləri ilə məşğul olur, mal-qoyun otarırmış. Bir oğluisə Bakıda Naxçıvanski adına hərbi liseydə təhsil alırmış. Yəni bu kasıb ailənindolanışığı üçün elə də bir imkan yox imiş. Çox çətinliklə günləri yolaverirmişlər. Belə bir sıxıntı içində yaşayan kasıb ailənin işığının kəsilməyiisə bu əzab-əziyyəti, çətinliyi bir qədər də artırıb. Ən nəhayət, busıxıntılara dözməyərək Səbirə Kərimova intihar yolunu seçib.

Kasıb ailəninişığını, çörəyini, ruzisini kəsməkdən böyük günah yoxdur. Axı rayonda hamıyaxşı bilir ki, bu ailənin dolanışığı çox çətindir, onlar kasıbdırlar. Bunu bilə-biləheç kəs onlara kömək əli uzatmayıb. Yəni bu intiharın qarşısını kimlərsə alabilərdi, amma almayıblar. Cinayət məcəlləsində bir maddə var: intihar həddinə gətiribçatdırmaq. Səbirəni də kim intihar həddinə gətirib çıxarıbsa, bax onlar sudanquru çıxmamalı, məsuliyyətə cəlb edilməlidir.

Bu gün ölkədəintihar hadisələri azalmaq əvəzinə günbəgün çoxalır. Bunu mütəxəssislər müxtəlifsəbəblərlə izah edirlər. Psixoloji xəstəliyi olanları anlamaq olur. Amma heçbir psixoloji xəstəliyi olmayan, sağlam düşünən yaşayan insanların intihar etməsidövləti və cəmiyyəti niyə narahat etmir, bunu başa düşmək olmur. Axı bayaqdedik, elə intiharlar var ki, onun qarşısını almaq mümkündür. Mümkün olanı isənədənsə biz eləmək istəmirik. Bax, bu yerdə narahat olmağa dəyər.

Kasıb ailəninişığını çox asanlıqla kəsirlər. Ancaq hər hansı villa sahibinin, məsələn, dördmərtəbəlimülkün işıq borcu min manatı keçsə də heç kəs cürət edib kəsə bilmir. Bir dəfəBakıda bir villa sahibinin işığını kəsmişdilıər, o da işığı kəsən adama necəbir yumruq ilişdirmişdisə həmin adam yerə yıxılaraq ölümcül vəziyyətə düşmüşdü.Sonra o yumruğu vuran adam yaxasını çox asanlıqla hüquq-mühafizə orqanlarındanxilas elədi. Kişinin nə qədər desən pulu var da, verir canını qurtarı. Burdadaha başqa nə ola bilər.

Ölkəprezidenti cənab İlham Əliyev deyir ki, mən bu xalqın bir nömrəli xidmətçisiyəm.Amma bəzi nazirlər, icra başçıları, hüquq-mühafizə orqanlarında işləyənlər özlərinibalaca padşahlar kimi aparırlar. Yəni onlar kasıb insanalara, imkansız adamlarayuxarıdan aşağı baxırlar. Onlar hara gedirlər incidilirlər və hüquqlarını tələbedə bilmirlər. Tələb edəndə də onlara "demaqoq” deyirlər, bəzən də təhqir edibqapıdan qovurlar. Guya o qapı onların dədəsinin qapısıdır. Səni ora dövlət onagörə qoyub ki, xalqa xidmət edəsən. Yoxsa yanına gələn, öz hüququnu qoruyanadamları təhqir edib ordan qovmayasan. Bu gün bəzi məmurlar əhalini həddindənçox incidir, pul qoparmaq üçün onun başına olmazın oyunlar açırlar. Bu cürhallarla həm səhiyyə, həm təhsil, həm də digər sahələrdə istənilən qədərrastlaşmaq mümkündür. Bəziləri adamın dərisini soyur, ora saman əvəzinə duz səpir.Bax belə olanda əzab-əziyyətə dözə bilməyən, illərlə hansısa nazirliyə, başidarəyə haqq işi üçün ayaq döyüb əldən düşən adamlar intihar yolunu seçirlər.

Bu yolunqarşısını almaq çox asandır. Sadəcə olaraq, hər bir məmur yerində olsa, qəbulunagələn insanı bezdirməsə, onun əsəbləri ilə oynamasa və həmin adamın haqlı işinəgöz yummayıb kömək göstərsə o insan da çətin və sıxıntılı anlardan asanlıqlaçıxar. Biz burda Amerika kəşf etmək istəmirik. Sadəcə onu demək istəyirik ki,bu kasıb insanların soyuq qış günlərində hansısa məmurlar əsəblərilə oynamasın,haqqını yeməısin, işığını,qazını kəsməsin. Nə olar, biraz möhlət versinlər,onlar o borcu tapıb hissə-hissə ödəsinlər. Axı kasıblar da Allahın yaratdığı bəndələrdir.Axı kasıbların da evində qazan qaynamalı, işıq yanmalı, ruzi olmalıdır.

Başqasınınhaqqını yeməkdən və haqqına girməkdən böyük günah bilmirik, tanımırıq. Allah oimkanlı adamlara da insaf versin ki, bu kasıblarla Əzrayıl kimi çiling-ağacoynamasın. Çünki bu oyunda həmişə güclülər qalib gəlir. Ancaq dünyanın işinibilmək olmaz. Bir də görərsən ki, sənə güc verən o qüvvə hər şeyi sənin əlindənaldı və sənin özünü də saldı quyunun dibinə. O qədər o quyunun dibinə gözüayağının altını görməyən, harınlamış yüksək vəzifəli məmurlar düşüblər ki...


TƏQVİM / ARXİV