adalet.az header logo
  • Bakı 11°C
26 Yanvar 2018 18:06
28721
TEXNOLOGİYA
A- A+

Dünyanın ən güclü robotunu bu sual sıradan çıxartdı

Dünyanın ən güclü robotu sayılan Sofiya xarab olub.

Adalet.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Radasının deputatı Alyona Şkrum yayıb. Onun sözlərinə görə, robot Davos Forumu zamanı sıradan çıxıb. Buna əsas səbəb isə Ukrayna nümayəndələrindən birinin robota "Ukraynada korrupsiyaya necə qalib gəlmək olar?” sualını verməsi olub. Bundan sonra robotun prosessoru donub.

Qeyd edək ki, robot-humanoid olan Sofiya 2016-cı ildə "Hanson Robotiks” şirkəti tərəfindən yaradılıb. Robotun əsas üstünlüyü onun insanlar söhbət etməyi bacarmasıdır.(axar.az)