adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Yanvar 2018 15:35
14112
KRİMİNAL
A- A+

Piyadanı öldürüb qaçan sürücü tutulub

Yanvarın 25-də saat 01.00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub.

DİN-in mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib