Əbülfət MƏDƏTOĞLU: YANVAR HAVASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
59573 | 2018-01-26 14:56

Yazını yazmağabaşlamaq istədiyim an bilgisayar yazarımızla bir balaca yazıya giriş etdik. Yənigünümüzün reallığından danışdıq. Və həmişə olduğu kimi, dilimin altına çöpqoymadan nəyi necə düşünürəmsə elə də dedim. Dediyimin məntiqi nəticəsi də səhəringözü açılmamış qarşıma bəduğurun çıxması, ovqatımı mikrobun korlaması və bir dəözünü hər kəsdən üstün tutub hər kəsi özünə borclu sayanların ədası oldu. Yənivurğuladım ki, Allah hamını "Ol!" deyib yaradanda görünür bir az tələskənliyəyol verib. "Ol"un dərəcəsi kimlərinsə payına bir az artıq düşüb vəonlar da "ol"duqları zaman üçqat "ol" olublar, adamlıqlarıfontan vurub. Ona görə də fontanın yerinə altından nələr çıxardığını hamımızbilirik və ortalığa nələrin gəlibdüşdüyünü hamımız görürük. Lap kəsəsi, fontan təkcə neft-qaz çıxarmır üzə, həmdə zir-zibili atır yerin altından yerin üstünə. Bu lap üçqat, dördqat"ol"dan yaranan adamlar həmin tullantılardı, əlimizə-ayağımızadolaşır, üst-başımıza bulaşırlar... Biz də onların "hava"sına dözə-dözəömrümüzün müəyyən hissəsini bada veririk... Nə isə...

Bəli, yanvarınqış havası artıq duyulmaqdadı. Və bu havanın içərisində bir istilik axtarmaqarzusu nə qədər ürəyimə hakim kəsilsə də, amma qəti əminəm ki, onu tapmaq o qədərdə asan olmayacaq. Ona görə ki, mənim istəyimlə gerçək havanın arasında qışdanyaya qədər bir məsafə var. Həmin məsafənin yaxınlaşdırılması, qısaldılmasıqeyri-mümkündür. Bunu bir dədə sözüylə də təsdiq etmək, vurğulamaq olar. Dədələrsöyləyib ki, "xəstə nə qədər tələssə də, armud vaxtında yetişər".

İndi mənim istəyimərəğmən gerçək olan budur ki, qışdı və qışın da şah damarı soyuq şaxtadı,qar-borandı. Ondan qorunmağın yolları yetərincə olsa da, amma onu yaşamağın özüdə bir gözəllikdi. Təsəvvür edin ki, heç vaxt unuda bilmədiyim qış gözəlliklərinimən doğulduğum bölgədə, xüsusilə öz kəndimizdə böyük zövqlə yaşamışam. Kənd evlərinindamından göyə millənən tüstüdən tutmuş həyət-bacalardan kənd mərkəzinə doğru, məktəbətərəf gedən qarüstü ləpirlərə tərəf hər şey insana bir paklıq aşılayır, bir ürəksevindirən ümid göyərdirdi. Elə bil ki, qarşıdakı ləpirlər arzulara gedən yolidi və yaxud sübhdən evlərin damından göyə millənən tüstülər həyatın oyanışıidi. Doğrudur, bunun bir məqamı da var idi. Adətən tənbəl və yaxud səriştəsiz adamlar qış səhərləriniyuxudan oyanıb isti yorğanın altından qalxmağa heç həvəs göstərmirdilər. Ammahansı evdə ki ağsaqqal, ağbirçək var idi, təcrübəli qadınlar evi idarə edirdi,o evlərdə odun sobaları sönmürdü. Axşamdan sobaya qoyulmuş iri palıd kötüklərisəhərə qədər hər evin temperaturunu qaydasında saxlayırdı, həm də sobanı yenidən alışdırmağa ehtiyac olmurdu...

Mən bu xatirələrinşirinliyinə uyub bir az Bakıdan uzaqlara getdim. Amma indi yaşadığım Masazırdahərdən göz gəzdirirəm, burada da tək-tək evlərin damından tüstü çıxır. O tustubilmirəm gedib Qarabağda sönmüş ocaqların tüstüsünə qarışır, yoxsa yox, amma mənimiçimdə közərən odu, qoru sönməyə qoymur. Elə bil ki, bu həyatın mənə bir sitəmidi,ya da dözümə çağırışıdı. Amma hər nədisə ağrılı, şirinli bir dərsdi. O dərsioxumamaq, öyrənməmək mümkün deyil...

Bəli, bax elə buovqatın içində mən bir anlıq silkələnibyuxudan oyanmış adamlar kimi özümə dönürəm. Və baxıb görürəm ki, bu qış günü ürəyimiisidən, içindəki ümid işartısını sönməyə qoymayan həm də Sənsən! Deməli, Sən həm də mənimruhumun Tanrısısan. Ona görə də Sənə pıçıldayıram:


Dilim-dilim olsun dilim

Əzabdıhər ayım, ilim...

Yuxudagördüm ki, gülüm -

Sənruhumun Tanrısısan!


Yanağımayaş saldı iz

Haqqönündə diz çökdüm, diz!

Anlayabilmədik ki, biz -

SənRuhumun Tanrısısan!


Kəsədə lap əyri düzü

Həristəyin iki üzü...

Sənolmaz hər qızın yüzü -

Sənruhumun Tanrısısan!


Baxtözü o baxtdı, bilir

Vaxthəmin o vaxtdı, bilir!

Allah özühaqqdı, bilir -

Sən ruhumunTanrısısan!..


***

İnsan həyatının bütün məqamları mənim düşüncəmə görə, bir zəncirhalqası kimi ovqatdan keçir. Yəni hər an bir ovqata kökləndiyindən həyatımız rəngarəngolur. Bax, elə son bir həftəni düşünəndə,götür-qoy edəndə mən öz payıma bu qərarı verirəm ki, bir-birinin ardınca acı xəbərlərdöydü qapımızı. Həm dostların, həm həmkarların sırasından olan bu itkilər müəyyənmənada qanunauyğunluqdu. "Dünyaya gələn dünyadan hansısa bir şəkildəgedir!" - deyiblər. Bunu ləngitmək və yaxud da başqa bir formaya salmaqqeyri-mümkündü. Bu gerçəkliyin içində bir başqa gerçəklik də var. Bu da bizimbarışmamaq, razı qalmamaq gerçəkliyimizdi. Yəni biz olanlarla yalnız 40 gündənsonra barışmağa başlayırıq. Bunu da dədələrin dediyi "torpağın üzüsoyuqdu" kəlamıyla.

Deməli, bax, buüzü soyuq torpaq qışda bizi üst qatda üşütsə də, alt qatda qoruyur, hifz eləyir.Mən bunu elə-belə, sözgəlişi yazmıram. Demək istəyirəm ki, hər qatın özmissiyası var. Və insanın iç dünyasındakı qatlar da elə torpağın qatlarıkimidi. Orda sevincin də, kədərin də, işığın da, qaranlığın da savabla mərdimazarlığın da, ümidləümidsizliyin də... öz yerləri var. Sadəcə, o qatlardan hansına biz daha çox üztuturuqsa, meyl salırıqsa, onlar diqqət mərkəzinə çıxır. Və burda genetik kod da var. Gendən gələn meyllilikdaha çox qabarır, daha çox öndə olur. O daöz qabartısıyla, öndə olmasıyla digərlərinin diqqətini çəkir. Beləcə,özümüz də bilmədən həmin o önə çıxmış qatın missiyasını başqalarına yönəldirik.Bax, yazımın önündə söylədiyim mikrobdan tutmuş, bəduğura qədər... sevincpaylayandan xoş aura bəxş edənə qədər burda hər şey özünü ifadə etmiş olur. Məndə yazımın sarı simində elə bunları demək, bunları önə çıxarmaq istəyirəm. Həmin istəyimi indiki anda oxucu ixtiyarınaburaxıb yenə yönümü sənə çevirirəm. Çünki səninlə danışanda içimdəki bütün istəklərinişığı artır, ümidi şölələnir. Axı, bizbu dünyada bir-birinə doğru uzanan əllər kimi havada qalmışıq. Və elə bu havadaqalan əllərin pıçıltısı olaraq deyirəm:

Sən

"get"də

israrlı

mən isə"qal!"da

odur ki,

bu israrlı təzadda

heç bir halda

çin olan deyil -

həyatda,

nə də ki,

xəyalda...

bu səbəbdən

mən də,

elə sən də

girinc qalacağıq

üstəlik

yuxusunuqaçıracağıq

hələ də

cavabı bilinməyən

sualın da?!

***

Bəli, hər günsual, hər gün nida və digər durğu işarələri yaşamın göstəricisidir bizdən asılıolmadan. Biz bu göstəriciləri cavablaya-cavablaya nöqtəyə doğru gedirik. Bunu səndə bilirsən, mən də, elə hamımız da. Getməyə də bilmərik. Çünki getməmək, yerində durmaq istəyi sadəcə və sadəcəelə istəkdi. O ki qaldı bir gerçəkliyə, yəni bütün istəklərə... onlarınhamısının nə vaxtsa çin olacağı özü də bir xəyaldı. Axı dünyada heç bir insanınbütün xəyalları, bütün arzuları çin olmayıbdı. Mən də, elə bilgisayar yazarımızda, hətta "Ədalət"də çalışanların hamısı əlini ürəyinin üstünə qoyubdeyə bilməz ki, arzularının hamısı çin olub. Bilirsiniz niyə? İstəkdən istəkdoğur axı! Bu gün barışdığın nəticə sabah ya səni qane etmir, ya narazı salır,ya da ondan bir pillə kimi istifadə edib ikinci addımı atmağa çalışırsan. Və...

Hə, bu söylədiklərimfilosofluq deyil, hamının bildiyi reallıqdı. Sadəcə, mən yazımın ovqatına uyğunolaraq sözgəlişi dilə gətirdim. Axı indi yanvarın bir qış günüdü, çöldə qışhavası var. Bu hava da adamı isti guşəyəsəsləyir, isti bir sözə, hətta ovqata köklənməyə tərəf itələyir. Nə yazıq ki,belə anın özündə də ikinci bir soyuqluq hardansa tək səbrə çevrilir. Bax, biraz pafoslu, bir az da zarafat donlu bir şəkildə söyləsəm, yetimi onda ağlamaqtutur. Və yaxud da dərd batmanla gəlir...

İndi bütün buyazı boyu söylədiyim fikirlərin qoyacağımnöqtəsinə yaxın bir yerdə dayanıb özüməkənardan baxmaq istəyirəm. Baxıbnə görəcəyimi kim necə təxmin edir etsin, mən isə gördüyümü kimsəyə demədən ürəyiminbir küncünə büküb atıram. Elə bir küncə ki, orda olanlardan ancaq sən xəbərdarsan.Sənin bildiyini isə təbii ki, bir də Allah bilir. Elə o dediyim sonuncu fikrinipindən tutub bir şeir demək istəyirəm. Demək istəyirəm ki:


Mən üzülmüş yarpağam

Çeşmədə nov edərsən...

Suyu yaxşı süzməsəm-

Bir az söz-sovedərsən!..


Təki gözün önündə

Kirpik ucundaolum...

Yolun üstümdənkeçsə -

Yolunda bitsinyolum...


Böyük istəklərimyox,

Səni çətinəsalsın...

Bircə qəlbimağlımda -

Ağlım, qəlbindəqalsın!..


Bəli, bu yanvarayının qış havasında ovqatınıza bir az istilik qatmağa çalışdım. Doğrudur, mənimovqatımı qış havasına köklədilər, amma mən ürəyimin işıqlı qatından boylanıbsizinlə işıq paylaşmağa çalışdım. Deyirlər ki, varını verən utanmaz. İndi özünüzdə dünya görmüş insanlarsınız. Ən azından işığın sizə heç bir zərəri dəyməyəcəyinəmənim kimi siz də əminsiniz. Ona görə də bu havada, yəni bu yanvar günündə işığınız sönməsin! - deyirəm.


TƏQVİM / ARXİV