“Twitter” sosial şəbəkəsi gələcəkdə yeni funksiya yaradacaq
"Twitter” istifadəçilərə yeni funksiya təqdim edəcək
Adalet.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, artıq mütəxəssislər bu istiqamətdə işlərə başlayıb.
Söhbət qeydiyyatdan keçmiş icmalçılar arasında videofayllar mübadiləsindən gedir. Yeni imkanlar hər kəsin vərdiş etdiyi "Snapchat”ı xatırladacaq. Bundan başqa, videofayl göndərilən zaman istifadəçi bildiriş alacaq ki, bu fayl nə qədər müddət fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, videonun göndərildiyi şəxs məlumat əks olunan müddət ərzində və ya zaman kəsiyində bu məlumatı izləməyi çatdırmalıdır.
Qeyd edilən müddət bitdikdə, video avtomatik olaraq silinəcək. Mütəxəssislər bildiriblər ki, "Twitter”in yeni funksiyasının interfeysində radikal dəyişikliklər ediləcək. Burada nəyin yeni olacağı ilə bağlı isə hələlik konkret məlumat yoxdur. Çox güman ki, tərtibatçılar istifadəçilərə əsl hədiyyə etmək niyyətindədirlər.
Digər Xəbərlər
23 Aprel 2024 19:13
“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər
23 Aprel 2024 16:15Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
22 Aprel 2024 18:05Hacı Şahinin "Youtube" kanalı geri qaytarıldı
20 Aprel 2024 17:57"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17 Aprel 2024 21:00