Faiq QİSMƏTOĞLU: AĞZINI ƏRİŞTƏ YANDIRIB?

FAİQ QİSMƏTOĞLU
58885 | 2018-01-26 12:58

… Gərək insan  oxuyanda, danışanda sözü elə ifadə eləsin ki,o sözlər onun ağzından tökülməsin. Yəni hər hansı adamın danışdığı söz, ifadə etdiyifikir bal kimi şirin olmalıdır. Tanınmış xanəndə Əlibaba Məmmədov bir dəfə televiziyadaçıxışında danışırdı ki, o oxuyanda rəhmətlik Hacıbaba Hüseynov çox narahat olub.Deyib ki, ay Əlibaba, sənin çox  gözəl səsinvar. Amma  sözləri elə deyirsən ki, elə bilağzını əriştə yandırıb. Sözlə musiqi yarıbayarıdı. Yəni əlli faiz sözdü, əlli faizdə musiqi. Gərək gözəl səsi olan xanəndə qəzəlin sözlərini də elə gözəl ifa eləsinki, bu onun səsinə xələl gətirməsin.

Böyük sənətkar ƏlibabaMəmmədov deyir ki, ustadın bu sözlərindən sonra mən  oxuduğum qəzəllərin sözlərinə, onun ifadə formasına,səslənməsinə xüsusi diqqət yetirdim. Sonradan gördüm ki, ustad xanəndənin mənimifamdan xoşu gəldi…

Gözəl insan və böyükxanəndə Əlibaba Məmmədovun bu xatirələrini təsadüfən yada salmırıq. Düzdür, sözümüzheç də musiqiylə, muğamla və onun sözləriylə bağlı deyil. Söhbətimiz onunla bağlıdırki, bu gün bizim bir çox tanınmış  siyasiicmalçılarımız, şərhçilərimiz, politoloqlarımız efirdə danışarkən sözləri elə deyirki, elə bil ağızlarını əriştə yandırıb. Bəzi politoloqlarsa o qədər qəliz və mürəkkəbterminlərlə danışır, onu çətin ki, hər tamaşaçı anlasın, başa düşsün. Burda yadımıza«O olmasın, bu olsun» filmində Məşədi İbadın Həsən bəyə dediyi sözlər düşür: «Ayrəhmətliyin oğlu, sən o qədər qəliz danışırsan ki, mən «Tarixi-nadir»i yarısınaqədər oxumuşam, sənin dediklərini başa düşmürəm. Bəs bu avam adamlar səni necə başadüşsünlər».

İndi Məşədi İbadınsözü olmasın, biz də «Tarixi-nadir»i oxumasaq da, ancaq az-çox özümü oxumuş insankimi sayırıq. Yəni bizim kimi adamlar o qəliz danışan siyasi icmalçıları çətin başadüşəndən sonra bəs adi tamaşaçı necə onu anlaya bilər? Elə bir çətin fikir, çətinsöz yoxdu ki, onu sadəcə ifadə etmək  olmasın.Burda yenə yadımıza rus yazıçısı Gersenin bu sözləri düşür: «Dünyada elə bir fikiryoxdur ki, onu sadə və aydın dildə ifadə etmək, başqasına çatdırmaq mümkün olmasın».

Deməli, hər şey efirdədanışandan, onun nitq mədəniyyətindən və fikri ifadə formasından asılıdır. Akademik,professor var ki, çox savadlıdır, çox da elmlidir və çox da  dərin yazılar qələmə alır. Amma  efirdə, ekranda onu dinləyəndə, qulaq asanda yorulursanvə o dəqiqə əlindəki pultla kanalı dəyişirsən. Ya da görürsən ki, nə akademikdi,nə alimdi, nə də elə dərin savadı var. Amma elə gözəl danışır ki, axıra qədər onudinləyirsən…

Görünür, gözəl danışmaq,gözəl fikri ifadə eləmək özü də bir istedaddır. Və bu istedadın olmamağına görəheç də kimisə suçlamaq və qınamaq olmaz. Amma bir halda ki, hər hansı siyasi icmalçı,politoloq televiziyaya çıxır, efirdə olur. Gərək o elə danışmalıdır ki, onu milyonlarlatamaşaçı axıra qədər dinləsin və dediklərini anlasın. Təəssüflə deməliyik ki, bizimölkədə bu cür politoloqlar çox azdır.

Vaxtilə ölkəmizdəçox savadlı, çox səviyyəli və çox da gözəl danışan siyasi icmalçılar vardı. İndibu ada politoloq deyillər. Onlar televiziyada çıxış edəndə hər hansı siyasi mövzuylabağlı tamaşaçı axıra qədər bu siyasi icmalçıları dinləyərdilər. Ötən əsrin 70-ciillərində bizim ən çox yadımızda qalan və televiziyada gördüyümüz siyasi icmalçılarrəhmətlik  hüquq elmləri doktoru, professor,Milli Məclisin sabiq sədri Murtuz Ələsgərov və professor Şirməmməd Hüseynov idi.İnanın, onlar hər hansı siyasi mövzunu o qədər gözəl danışırdılar ki, tamaşaçı üçünheç bir qaranlıq məqam qalmırdı və onların danışığından da doymaq olmurdu.

Bu günün özündə dəauditoriyanı ələ ala bilən, insanlarla canlı ünsiyyət yaradan siyasi icmalçı var.Başqalarının xərinə dəyməsin, amma professor Qulu Məhərrəmli kimi indi biz gözəlsiyasi icmalçı tanımırıq. Çünki o, hər hansı mövzuyla bağlı o qədər zəngin bilgilər,məlumatlar, informasiyalar toplayır ki, professoru dinləyən hər hansı tamaşaçı axıraqədər məcbur olub ona qulaq asır. Burda Qulu Məhərrəmliyə bir şey də çox köməklikgöstərir: çünki o, jurnalistdir, uzun müddət televiziyada çalışıb. Məhz bu sahədəkipeşəkarlığı onu auditoriyaya daha da yaxınlaşdırır, doğmalaşdırır.

Bir zamanlar SSRİdövründə çox güclü siyasi icmalçılar mərkəzi televizyada efirə çıxırdılar. Onlaro dövrdə SSRİ-nin ideologiyasına elə təbliğ edirdilər ki, həmin çıxışa qulaq asanadamın istər-istəməz bu quruluşa hörməti artırdı. Yalanı da o qədər şirin, o qədərgözəl tamaşaçıya çatdırırdılar ki, tamaşaçı bu təbliğatın yalan, ya da doğru olduğunuəsla aydınlaşdıra bilməzdi. Xüsusən də mərkəzi televiziyada tez-tez siyasi mövzularışərh edən Valentin Zorin və Anatoli Bovin bu gün də bizim yaddaşımızda qalıb. Onagörə yaddaşımızda qalıb ki, onlar savadlı olmaqla yanaşı, həm də fikirlərini obrazlı,gözəl ifadə etməyi bacarırdılar. Tay onların ağzını əriştə yandırmırdı.

Əlbəttə, danışandançox şey asılıdır. Elə danışarsan ki, hamı sənin danışığına qulaq asar. Yaxud daelə söhbət eləyərsən ki, camaat səndən  bezərvə deyər ki, bunun danışığı lap ətimizi tökdü. Gəlin onunla razılaşaq ki, gözəlyazmaq kimi, gözəl də danışmağı Allah-Təala hər adama qismət eləmir.

Bir aya yaxındırki, Xəzər TV-də hər səhər saat 8-də «Xəbərlər» proqramı yayımlanır. Özü də bu proqramnə az, nə çox düz iki saat davam eləyir. Onun da iki savadlı və səviyyəli aparıcısıvar – biri yazıçı-şair Həmid Herisçi, digəri isə onun həyat yoldaşı istedadlı jurnalistİlhamiyyə Rza. Sözün düzü, ilk dəfə verilişə baxanda düşündüm ki, yəqin bu verilişyorucu olar. Ancaq  bir qədər baxandan sonragördüm yox, hər iki aparıcı tamamilə fərqli rakusdan, bucaqdan hadisələrə yanaşır.Xüsusən də Həmid Herisçinin siyasi savadına, məntiqi təfəkkürünə və hadisələri özünəməxsusbir tərzdə, şirin və orijinal dildə şərh eləməsi mənə ləzzət elədi. Şair olasan,yazıçı olsan, hər hansı siyasi icmalçıdan, politoloqdan siyasi vəziyyətə və hadisələrədaha gözəl şərh verəsən. Buna görə Həmid qardaşımıza yağlı bir «beş» düşür. Çünkiorijinal yanaşma tərzi, hadisələrə qeyri-adi təhlil vermək bacarığı və eyni zamandamürəkkəb siyasi proseslərin alt qatına enərək onu təhlil etmək təfəkkürü çox az-azaparıcıda görmüşük. Bunu adətən rus politoloqlarında görürük.

Və nə yaxşı ki, bugün Həmid Herisçi kimi çox istedadlı bir siyasi icmalçımı deyim, şairmi deyim, filosofmudeyim, şəxsiyyətmi deyim məmləkətimizdə yetişib. Əvvəllər də onun müxtəlif televiziyakanallarında tarixi abidələrlə, inanclarla bağlı çox maraqlı layihələrinin şahidiolmuşuq və həmişə də bu istedadlı insandan yeniliklər, fərqli yanaşma  tərzi görmüşük.

Deməli, bizim ölkəmizdədə savadlı, istedadlı və  tamaşaçıyla ünsiyyətyaratmağı bacaran siyasi icmalçılar, aparıcılar var. Sadəcə olaraq, belələrinə şansvermək, imkan yaratmaq lazımdır. Məsələn, professor Qulu Məhərrəmli kimi gözəl siyasiicmalçını, politoloqu efirlərdə görmürük. Bax, ona görə də hər şey sadəyə doğrugedir və müəyyən dəyərləri  də itiririk. Ammaistəsək o istedadları taparıq, üzə çıxararıq və şans da verərik ki, onlar öz gözəlfikirlərini, bilgilərini tamaşaçılara çatdırsınlar. Yoxsa ağzını əriştə yandırmışkimi danışan politoloqdan nə təməsik anlamaq olacaq…

 

TƏQVİM / ARXİV