adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Yanvar 2018 11:21
39377
MARAQLI
A- A+

Elektrik verilərək kükrədilən şir - Film studiyalarının loqoları













Kolumbiya Pictures


1924-cü ildə qurulan Kolumbia Pictures film studiyasının ilk loqosunda əlində məşəl tutan, çiynində Amerika bayrağı olan qadından, qaranlıq fonda "A Columbia Production” yazısından ibarət idi.

Beş il sonra dəyişdirilən loqonun arxa planı buludlu, sonralar isə daha da təkmilləşdirildi. Sony şirkəti tərəfindən hazırlanan son loqoda əlində məşəl tutan qadının çiynindən sallanan Amerika bayrağını mavi parça əvəzlədi. İlk loqosuna baxanda sonuncu çox mükəmməl görünür.




Paramount Pictures – Ulduzlu dağ

Hollivudun əfsanəvi film studiyalarından biri olan Paramount Pictures 1912-ci ildə yaradıldı. Çox keçmədi ki, bu film studiyası Amerikada ən çox film istehsal edən studiyaya çevrildi. Loqosunda görünən qarlı dağ Mahalanqur silsiləsinin bir parçası olan Everest dağıdır. İlk dəfə 1916-cı ildə düzəldilib. Loqoda 24 ulduz var idi. Ki, bunların da hərəsi müqavilə ilə işləyən 24 tanınmış aktyoru təmsil edirdi. Zaman keçdikcə ulduzların sayı 22-yə düşdü və hələ də səbəbi bilinmir.




Dreamworks – Ayda oturan uşaq

Filmlər, komputer oyunları, cizgi filmlər istehsal edən bu studiya 1994-cü ildə Steven Spielberq, David Geffen, Jeffrey Katzenberq tərəfindən yaradılıb. Loqo axtarısında olan Steven Amerikanın qızıl dövrünü özündə ehtiva edən loqo axtarışında idi. Stevenin bir çox filmlərində səs effektlərini düzəldən Denis Mouren Ayda oturan bir uşaq hazırladı, ancaq bu insanların marağına səbəb olmadı. Loqonun əllə çəkilərək hazırlanmasını düşünüldü və bu işi Robert Hanta həvalə elədilər. Robert öz oğlundan təsirlənərək Ayda oturan uşaq loqosunu çəkdi.





Walt Disney – Saray

1923-cü ildə Roy və Valt Disney öz karikatura studiyalarını yaratdılar. 1928-ci ildə Valtın hazırladığı Mikki Maus hər kəs tərəfindən sevildi və ölkələr arası şöhrəti qazandırdı. Onların loqosunda bir saray var. Bu saray Almaniyanın Bavyera əyalətində yerləşən Neuschwansteinsarayıdır.






Metro Goldwyn Mayer – Kükrəyən şir

Filmlərin bu studiyaya məxsus olmasını anlamaq çox asandır. Filmin əvvəlində qorxunc kükrəməsilə tamaşaçını salamlayan şiri görüb ab-havaya girməyə başlayarıq. Şirin kükrədiyi bu görüntü ilk vaxtlar səssiz olaraq lentə alınacağı düşünülmüşdü. Çəkilişlər zaman şir iki nəfərə hücum edir və öldürür. Bu anda şirin kükrəyərkən çıxartdığı səs lentə alınır. Adı Leo olan bu şir günümüzə qədər dəfələrlə dəyişdirilib. Bu zamana qədər yeddi şirdən istifadə edilib və hamısının da çəkilişində bədbəxt hadisələr baş verib. Ən son 1957-ci ildə Leo adlı şir bizim bu gün gördüyümüz kükrəmənin sahibidir. Bütün bədbəxt hadisələri nəzərə alaraq şirin masaya uzadılıb, ayaqlarını möhkəm bağlayıb və bədəninə elektrik verilərək kükrəməsini təmin edilib.


Emin Akif