adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Yanvar 2018 11:10
14854
ELM VƏ TƏHSİL
A- A+

Sabah məktəblərdə tətil başlayır

Sabah Azərbaycanın ümumtəhsil məktəblərində qış tətili başlayır.

Adalet.az xəbər verir ki, Təhsil Nazirliyinin əmrinə əsasən, tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərində qış tətili fevral ayının 1-dək davam edəcək. Bununla da dərs ilinin ilk yarım ili başa çatır.

Qeyd edək ki, bu il ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) də müəyyən edilib.

Xatırladaq ki, ümumtəhsil məktəbində dərs sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.