adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Yanvar 2018 16:55
15947
ƏDƏBİYYAT
A- A+

SÖZƏ HARAMLIQ QATMAQ ƏN AĞIR CİNAYƏTDİR

Söz İlahi işarədir. Sözün gücü var. Bir də sözsahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərin də zərgər dəqiqliyi ilə işləyir .Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir."Söz adamı” layihəsinin növbəti qonağı yazıçı Azər Qismətdir.

- "Söz adamı” olmaq nə deməkdir?

- Bu, fərdin cəmiyyətdə söz sahibi kimi söz deməsinə haqqının çatmasıdır. Sözün varsa de, yoxdursa kənara çəkil. Bu həm də söz adamının sözünə inamdan irəli gəlir. Sənin cəmiyyətdə söz deməyə səlahiyyətin olmalıdır. Həm də həmin söz əsaslandırılmış qaydada deyilməli, intellekt və psixoloji məqamlarla yoğrulmalıdır. İndi efirdə, ədəbiyyatda, ayrı-ayrı məclislərdə söz deyənlər çoxalıb. Hər üzdə olan söz adamı sayılmır. Belə adamlar xalqın keçmişinə, qan yaddaşına bələd olmalıdır. Nəyi demək olar, nəyi yox. Milli-mənəvi dəyərləri qorumayan adamların sözünün çəkisi bir qəpiyə dəymir. Onu 3-4 nəfər tamam avropalaşmış, yaxud Şərq sivilizasiyasından qopan adamlar anlayıb alqışlayar. Ancaq ümumilikdə xalqın əksər hissəsi alqışlamaz, heç dava zamanı atdığı kəlağayını da vecinə almaz. Söz adamı özünün hörmətindən istifadə edib kütləşməməli, inkişafı üçün daim mütaliə etməli, müşahidə qabiliyyətini artırmalıdır. Söz adamı həm də cəmiyyəti düzgün istiqamətə yönəltməlidir. Cəmiyyətdə baş verən indiki mənəvi aşınma zamanı söz adamlarına geniş meydan verilməli, əksinə sıxışdırılmalı deyillər. Söz deməyə haqqı çatanlar Fəlsəfə İnstitutu iləbirgə konsepsiya hazırlamalı, milli-mənəvi dəyərlərin itməməsi üçün çəkici bir zindana vurmalıdırlar. Belə insanlar cəmiyyəti narahat edən məsələlərdə daim fikirlərini səsləndirməlidir. Onlar adamların gözündə ucalmaq, saxta bal toplamaq üçün kütlə psixologiyası ilə hərəkət etməməli, düzgün olanı söyləməlidir. Söz adamı olmaq təkcə cümləni bir-birinə qoşmaqla nəsə demək deyil. O, mənsub olduğu ölkəsinin bəsirət gözüdür. Xalqın görmədiyini görən. Uçurumdan qoruyan.

- Cəmiyyətdə ədəbiyyatın, incəsənətin, mədəniyyətin təsir imkanların ınecə qiymətləndirirsiniz?

Televiziyanın böyük təsir gücünün olduğunu bilirsiniz. Televiziya xalqı bir anda ayağa qaldırmaq, hətta cəbhəyə göndərmək gücündədir. Çox təəssüf ki, indi bunu ədəbiyyat barədə söyləmək olmur. Gey psixologiyalı ədəbiyyatdan gənc nəslin əziyyət çəkdiyini görürük. Bizi manqurtlaşdırmaq istəyənlərin planları alınır. Avropada belə ədəbiyyatlar çoxdan yaranıb, indi tamam başqa janrlara keçiblər. Bizimkilər unudulub getmişlərə qayıdıblar ki, bu da oralara maraqlı deyil. İndi ölkəmizdə ədəbiyyat adamlarına da qəribə baxılır. Çünki qələm əhlinin özü də iki yol arasında qalıb. Müasir üslublu əsərlər qəbul edilmir. Tolstoysayağı əsərləri oxumağa da kimsənin səbri çatmır. Bəzən belə düşünülür ki, indinin ədəbiyyatı birdəfəlik plastmas stəkanlar kimidir. Suyu içdin və atdın. Oxuyub kənara tulladın. Ədəbiyyatın təsir gücü Sovetlər Birliyinin ilk illərində təşəkkül tapıb, ümumi ideologiyaya xidmət edib. Bəli, Mirzə İbrahimov kolxozdan yazırdı, Süleyman Rəhimov da həmçinin. Qayəsini ideologiya təşkil edən həmin əsərlərdə yazıçı özünün dahiliyini də göstərə bilirdi. Dialoqlar, təsvirlər və sair. İndi nə görürük? Biri yazır ki torpaq uğrunda ölmək, şəhid olmaq lazımdır, o biri yazır ki, insan öldürmək olmaz,sərhəd anlayışı unudulmalı, ölkələr ümumi mövcuddiyyət əsasında var olmalıdır. Bu baxımdan ümumi ideologiyaya hesablanan əsərlər sifariş edilməlidir. Necə ki, bu, demokratiyanın beşiyi sayılan Amerikada da belədir. Mərkəzi Kəşfiyyat İdarəsinin sifarişi ilə minlərlə film ərsəyə gəlib. Yaxud, ölkənin xarici siyasətinə dair sifarişli filmlər həmişə olub. Bu baxımdan ideoloji sifarişlər ədəbiyyat və mədəniyyətin cəmiyyətə təsir gücünü artırır. Əgər müstəqil şəkildə olsa, heç nə alınmayacaq, dağınılıq və vaveyla.

- Yazıçılıq yolunda maneələr və çətinliklər nələrdi?

Yazıçı yazmaq istəyir. Onun üçün pul anlayışı yoxdur. Söhbət əsl yazıçıdan gedir. O, yalnız tək qalmağı, heç kimin mane olmamasını diləyir. Bircə yazı masası, heç o da olmasa mümkündür, dizinin üstündə də yazar. Qələm, kağız,siqaret və çay, vəssalam. Pul ailə qayğıları ilə yüklənəndə yada düşür. Yazıçının endorfin maddəsi əsəri gözəl alınanda ifraz edilir. Yazmaq üçün maneə yoxdur. Yalnız çətinlik mövcuddur. O da maliyyə ilə bağlıdır. Əsərlərin dərci, reklam. Üstəlik biləndə ki, bu ölkədə kitab oxuyan azdır, ümumiyyətlə yazdığına peşman olur. Bəzən deyirlər ki, yaxşı yaz, yaxşı da qazan. Yaxşı yazmaq anlayışının özü ziddiyyətlidir, etalon yoxdur. Əgər söhbət Folkner və saramoqosayağı əsərlərdən gedirsə, onu anlamaq gücündə olan oxucu varmı? Yox, əgər söhbət kassaya hesablanan əsərlərdən gedirsə, bu da əsl yazıçının əqidəsinə ziddir və yaxşı əsər sayılmır. Əsl yazıçılar əqidələrinə zidd getmədikləri üçün kasıbdırlar. Yoxsa, bir detektivlə xeyli pul qazanarlar. Amma istənilən halda kassa ədəbiyyatı yazılsa da oxucu qıtlığı var. Mən neçə il Sankt-Peterburq şəhərində yaşamışam. Orada təkcə reklam edilən əsərlər satılmır. Təzə müəllifin adını görən kimi kitabını oxuyurlar. Bizim yazıq yazıçılar sosial şəbəkədə kitablarını reklam edəndə də kənardan söz düzəldirlər ki, bir kitab yazıb reklam edir. Bəs, bu bədbəxt harada reklam etsin?

-Kamyu ədəbiyyatı işığa doğru gedən yol hesab edirdi. Bu yolda qaranlıqlar içərisində itib-batmalar da olur. Niyə məhz ədəbiyyat? Məsələn fizika da maraqlıdır.

Ədəbiyyat xalqın təhtəlşüurunu işıqlandırır, yatmış neyron yuvalarını oyadır, düzgün yol göstərir. Fizika isə yalnız ölkənin büdcəsinə xeyir gətirə bilər.

- Hekayələrinizdə psixoloji məqamlara daha çox rast gəlinir. Məsələn"Hamilədəli” hekayəsində. Bu nəilə bağlıdır?

Psixoloq olmasam da bu sahəni dərindən bilirəm. Vaxtilə veriliş aparıcı olaraq da xalqın psixologiyasının nəyə hesablandığını tutmağı bacarıram. Belə tipli əsərlər daha çox yaddaqalandır. Həm də deyim ki, bunu qəsdən etmirəm, ruhuma çox yaxındır. "Hamilə dəli” hekayəsinə gəlincə...O qadın planetin obrazıdır...hər an doğa bilər...hər an keysəriyyə əməliyyatına məruz qalar...bu dünyadan nə desən gözləmək olar...Bu dünyada həmişə gözəl və yaddaqalan dəlilər olub. Dahilər də kütlənin gözündə dəlidir...təkrar edirəm, "kütlənin gözündə”... Mənim hamilə dəlim dünyanın ütülənməmiş, ənlik-kirşansız, dili rəndələnməmiş ilk adamlarına bənzəyir. Psixoloji əsərlər uzunmüddətli əsərlər hesab edilir, orada bəşəri çağırışlar, mesajlar olur. İstəmirəm ki, əsərlərim bayaq dediyim kimi birdəfəlik plastmas stəkandakı su kimi içilib kənara atılsın.

- Son vaxtlar kitab sənayesində müəyyən ümidverici işlər görülməkdədi. Təbliğat, maariflənmə hardasa inam hissi yaradır ki, kitab oxuma mədəniyyəti geri qayıdır… Kitab oxumaq ənənəsini necə qaytarmaq olar?

Biz bu sahədə Türkiyə və Rusiyada görülən işlərə çatmamışıq. Yazıçı kitab yazmalı, bu işlə məşğul olan qurumlar hərəkətə keçməlidir. Qələm adamına yalnız əldə ediləcək gəlirin 10 faizini almaq qalır. Bizdə yazıçı kitabın üz qabığından tutmuş banner vinillərin dizaynına qədər özü edir, təqdimat yerlərini yalvar-yaxarla özü danışır. Elə yalvar-yaxarla da satış yerlərinə üz tutub üz-göz olur, nömrəsini verir ki, satılsa zəng edərsiz. Onlar da cəmi 3-4 kitab istəyirlər ki, baxsınlar necə satılacaq. Kitab industriyası bizdə yoxdur. Oxumağa qalınca, bunun üçün ayrıca Mütaliə Şurası yaradılarsa nəsə etmək mümkündür. Dövlət tərəfindən maliyyələşəcək qurum kitabları reklam edər, adamların mütaliəyə marağının artırılması üçün video çarxlar hazırlayar.

- Bədii mətnin dolğunluğu və fərqliliyi daha çox hansı amillərlə əlaqəlidir? Bu zaman yazıçının üzərinə hansı öhdəliklər düşür?

Kifayət qədər baza və təcrübə. Bir də müşahidə qabiliyyəti. Detallara fikir vermək. Bəzən hansısa detal oxucuda müəllifə qarşı sevgini artıra bilər. Gənc yazıçılar birdən-birə Markes olmağa çalışmasın. Azacıq yaş artımı lazımdır. İvan Turgenev Dostoyevskinin "Alçaldılmış və təhqir edilmiş” əsərini oxuyanda dəhşətə gəlib. Onda Dostoyevskinin 21 yaşı varmış. Belinski həmin əsəri səhərə qədər oxuyub demişdi ki, "rus ədəbiyyatının günəşi qürub etməyəcək”. Bu anlamdan söyləmək olar ki, o vaxtın 21 yaşlısının beyni indinin 45 yaşlısının beyninə bərabərdir. İndinin 21 yaşlısı 14 yaşında uşağın beynini gəzdirir.

- İngilis yazıçısı Virciniya Vulf həm həyatı, həm d əyaradıcılığı ilə diqqəti cəlb edir. Feminist baxışları onu daha da məşhurlaşdırmışdı. Yazıçının dünyagörüşü oxucular üçün hansı müstəvidə aydın olmalıdır?

Yazıçı provakatordur. O qadına sevgini yüksəldər, kişini aşağılayar. Hər bir yazıçı istəyini həyata keçirən casusdur. Onun dünyagörüşü özünün məqsədinə xidmət edir.

- Dünya ədəbiyyatında daha cəsarətli, daha təbii mövzülarda əsərlər yazılır. Bizim ədəbi mühitdə sanki bir qapalı və təcridolunma ruhu var.Necə düşünürsünüz bu nə ilə bağlıdır?

Bizdə də cəsarətli əsərlər var. Ancaq bunu çılpaq şəkildə edirlər. Məsələn, kişi-qadın münasibətini elə yazırlar ki, sanki ehtiras dolu bir filmə baxırsan. Oxucu bunu bilir. Yazıçı onu bədii təsvirlə verməlidir. Elə təcrid ruhlu cümlələr işlədərsən ki, alt mənada nə demək istədiyin məlum olar.

- Ədəbi mükafatlara münasibətiniz.

Yaxşıdır. Amma bəzən ədalətli olmur, öz tanışlarına verirlər. Münsiflər heyəti izahat verməkdən çəkinir. Elə deyir ki, sənin əsərin zəifdir. Bir dəfə Manera.az saytının keçirdiyi ədəbiyyat müsabiqəsinə qatıldım. Heç bir ümidim yox idi. Lakin müsabiqə vicdanla keçirildi və 1-ci yerə layiq görüldüm. Ona görə yox ki, birinciliyi əldə etdim. Sadəcə, təəccübləndim ki, münsiflər heyətinin adamı olmaya-olmaya bunu qazandım. Gürcüstana baxanda bizdə ədəbi müsabiqələr azdır. Oranın varlıları belə müsabiqələrə pul ayırır. Bizim əksər varlılarımız ədəbi müsabiqəyə yox, rəqqasələrə və məşuqələrə qəşəng pul ayırırlar. Yanaşma tərzi fərqlidir. Və gürcü yazıçılar o müsabiqələrlə sosial vəziyyətlərini yaxşılaşdırırlar.

- Müasir ədəbi imzalardan kimləri oxuyursunuz?

Ad çəkmək istəmirəm. Amma çox güclü yazan ədiblərimiz var. Bundan sevinirəm.

- Tərcümə işində müəyyən diqqətəlayiq işlər görülür. Lakin yenədə mətnin tam məğzi ortaya qoyulmur. Tərcümə işi necə təşkil olunmalıdırki, oxucu mətnin alt qatlarını görə bilsin?

Tərcümə işi bərbad vəziyyətdədir. Amma yaxşı tərcüməçilərimiz var. Məsələn, bu yaxınlarda İlqar Əlfioğlunun tərcüməsi ilə Joze Saramaqonun "Təxirə salınmış ölüm” əsərini oxudum. Necə nəfisliklə tərcümə etmişdi. Mən əsərlərimi rus dilinə tərcümə etdirib Rusiyaya gödərəndə oradan dedilər ki, "sizdə tərcümə işi çox qəribədir. Hadisələr müasir dövrdəndir, amma Puşkin dili ilə tərcümə edilib”. Bəzən rus dilində oxuduğum əsəri Azərbaycan dilində oxuyanda baxıram ki, müəyyən hissələr ordan çıxarılıb. Tərcüməçibacarmadığınıçıxarıbatıb.

- Son olaraq "söz” haqqında sözünüz…

- SözTanrınındillədeyəbilmədiyimesajıdır. Onuqoruyubdəyərləndirməklazımdır. Sözəharamlıqqatmaqənağırcinayətdir.

Söhbətləşdi: Tural Cəfərli