adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Yanvar 2018 15:29
20766
MƏDƏNİYYƏT
A- A+

Rasim Balayev müalicəsini bitirir

Azərbaycanın xalq artisti, tanınmış aktyor Rasim Balayevin müalicəsi bitmək üzrədir. Adalet.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən aktyor bildirib ki, hazırda səhhəti normaldır:

"Bildiyiniz kimi məndə osteoxondroz deyilən xəstəlik var idi. Yəni onurğa ilə əlaqədar problemlər olurdu. Bir də görürsən ki, ayaqlarımda ağrı yaranır, yaxşı yeriyə bilmirəm. Bu da cavanlıqda yaranan fəsadlarla əlaqəlidir.

Hazırda müalicəm normal davam edir, demək olar ki, qurtarıb. Sonuncu dəfə bilirsiniz, Türkiyədən həkim nevropatoloq gəldi. O, ev şəraitində müalicəm üçün dərmanlar yazdı və yenidən Türkiyəyə qayıtdı. Ümumiyyətlə hər şey yaxşıdır”.

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən də əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə üçün Türkiyəyə göndəriləcəyi nəzərdə tutulmuşdu. Daha sonra həkimin Azərbaycana gəlməsi və aktyoru burada müalicə etməsi qərara alınıb. Xalq artisinin müalicə xərclərini Azərbaycan dövləti ödəyəcək.