Aqil ABBAS: POLAD BÜLBÜLOĞLU YENİDƏN HƏDƏFDƏ

AQİL ABBAS
61338 | 2018-01-26 10:06

Düşmənlər bizim görkəmlişəxsiyyətləri, böyük siyasətçilərimizi ləkələmək, hörmətdən salmaq, aşağılamaq üçünhər vasitədən istifadə edirlər. Başa düşürük, düşməndilər. Amma qəribəsi budur ki,bizdə də həm tarixi şəxsiyyətlərimizi, həmgörkəmli şair və yazıçılarımızı, dövlət xadimlərimizi,az-çox üzdə olan şəxsiyyətlərimizi ləkələmək üçün, aşağılamaq üçün, nüfuzdan salmaqüçün bir yarış gedir. Bu yarışın hardan qaynaqlandığı haqda başqa bir məqalə yazacam.

Diqqəti bir fərdə çəkməkistəyirəm: Polad Bülbüloğlu! Dünyada tanınangörkəmli bir bəstəkarımız, dövlət xadimimiz, qısası, Azərbaycanın pasportlarından biri. Dünyanıniki nəhəng dövlətindən biri olan Rusiyada fövqəladə və səlahiyyətli səfirimiz. Rusiyadahəm Azərbaycanın Böyük elçisi kimi, həm də bir şəxsiyyət kimi söz sahibidi. Prezident Vladimir Putinin də yanında hörməti və nüfuzuolan bir şəxsiyyət. Həm bir səfir kimi, həm də bir görkəmli bir bəstəkar kimi.

Ermənilər Rusiyanın bütündövlət strukturlarında təmsil olunurlar. Az qala Rusiya televiziyaları ermənilərin əlində, lobbiləri də,diasporaları da öz yerində. Yəni sözlərini keçirə bilirlər.

Polad Bülbüloğlununda Rusiyada dövlət strukturlarında, belədemək mümkünsə, öz «kruqu» var. Şəxsi münasibətlər həmişə böyük rol oynayır. VəPolad Bülbüloğlu da həm tutduğu mövqedən,həm də şəxsi münasibətlərindən istifadə edərəkAzərbaycan dövlətçiliyi üçün, xalqımız üçün, millətimiz üçün gücündəndə artıq çalışan bir şəxsdir.

Təbii ki, ermənilərPolad Bülbüloğlunu sıradan çıxarmaq üçünvar gücləri ilə iş aparırlar və lazım olduğundanda artıq maya qoyurlar.

Bəs, bizlərə nə olub? Polad Bülbüloğlunu nüfuzdan salmaq üçün niyə yarışa girmişik? Özü də bu hücum ən azı ildə bir-ikidəfə olur. Polad müəllimin əleyhinə böyük birkampaniya başlayır mətbuatda, sosial şəbəkələrdə.

İndi də belə birşayiə yayıblar ki, Polad Bülbüloğlu deyib ki, guya Azərbaycanda gəncləriermənilərə nifrət ruhunda böyüdürlər. Hörmətli səfirimiz bunu harda deyib, hansı vəziyyətdə deyib, o cümlənin əvvəlindənə deyib, sonunda nə deyib, bu sözlər konteksdən çıxarılıbmı? Bu haqda heçkəsdə ətraflı məlumat yoxdu.

Amma neçə gündü mətbuatvə sosial şəbəkələr bu sözün ucundan tutub ucuzluğa gedirlər.

Yuxarıda qeyd etdiyimkimi, Polad Bülbüloğlu dünyanın iki nəhəng dövlətindən birində Azərbaycanı təmsil edir. Polad Bülbüloğlunuda o vəzifəyə Möhtərəm Prezidentimiz İlhamƏliyev təyin edib. Hörmətli prezidentimizPolad müəllimə inanmasaydı ona belə bir yüksək vəzifəetibar etməzdi. Bu, məsələnin birinci tərəfi.

İkinci tərəfi dəodur ki, Polad Bülbüloğlunu nüfuzdan salmaqla fikirləşmirsiniz ki, həm də Azərbaycanınüfuzdan salırsınız, Azərbaycanınxarici siyasətini nüfuzdan salırsınız?!

Bəzi qələm sahiblərivə sosial şəbəkə qəhrəmanları, doğrudanmı siz Azərbaycanı xarici ölkələrdə, xüsusilə Rusiya kiminəhəng bir ölkədə kimin təmsil eləməyini Möhtərəm Prezidentimizdən yaxşı bilirsiniz?!


TƏQVİM / ARXİV