Məni öldürmək istəyən o qadın

OĞUZ AYVAZ
40121 | 2018-01-25 12:29

Son günlər çox narahatam. Bir qadınla tez-tezrastlaşıram. Onun üz cizgiləri, böyük şüşəli eynəyi, cod əlləri, bombozsaçları, rəngli paltosu yaddaşımı işğal edib. Onunla eyni yerlərdəqarşılaşıram. Evimizə gedən dar küçədə, pillələrdə, liftdə, qaranlıq dəhlizlərdə...Eynən heyvanları qorxutmaq üçün bostan və tarlada qoyulan uyuqlar kimi çıxırqarşıma. Bu qadının adını da "qorxuluq” qoymuşam. Bəzən özümü bostanda hissedirəm, ancaq ürkürəm ki, bu "qorxuluq” məni vahiməyə salar, üzərimə hücum çəkərdeyə.

İlk dəfə bu qadınla metroda rastlaşmışdım.Baxışları o qədər qan donduran idi ki, başım fırlandı, düşəcəyim stansiyanınadını unutdum. Birtəhər özümü ələ alıb metrodan çıxa bilmişdim.

Günlərlə metroya yaxın dura bilmirdim. İşəavtobusla gedib-gəlirdim. Metro haqda xoş xatirələrim quş olub göylərə uçmuşdu.

Günlər ötüb keçirdi. Çox yorğun olduğumdan üçüncü mərtəbədəkievimizə liftlə qalxmaq istədim. Köhnə liftimiz qollarını geniş açıb, məniağuşuna aldı. Liftin qolları bağlanarkən kimsə onları araladı və içəri girdi.Gözlərimi ovuşdurub kimi görsəm yaxşıdı: "qorxuluq”. Ürəyimin içində baş verəntəlatüm saçlarıma qədər yuxarı qalxdı. Qadından kif iyi gəlirdi, nəfəsi təngiyirdi.Onun gözlərini görməmək üçün liftin tavanında gəzişən milçəklərə baxdım. Qəfillift dayandı. İşıqlar titrəməyə başladı. Vay indi mənim halıma! "Qorxuluq” mənətərəf çevrilib dilləndi:

- Bala, bu lift niyə belə elədi? Nə vaxt düzələr?

Mızıldandım:

- İndi düzələr.

Araya sükut bombası düşdü. Qoca qadın dişlərinişaqqıldatdı. Vaxtın keçməsi üçün telefonumu çıxardım, gözlərimi eyni nöqtəyə zillədim.Bu an lift hərəkətə keçdi. "Şükür!”- deyə qarının boğuq səsini eşitdim.

Lift qollarını açan kimi necə evə çatdım xəbərimyoxdur. Dərindən köks ötürüb, heç nə baş verməmiş kimi qapıdan içəri keçdim. Evəhli içimdə baş verən təlatümlərdən xəbərsizdirlər. Siqaret alışdırmaq üçün, dəhlizəçıxdım. Barmağımı dişləyib, fikrə getdim... Bu qadın bizim binada yaşayır görən?Bəlkə qonaq gəlib? Aramsız sualları beynimin içində var-gəl edir.

Yuxumda da qarşıma çıxan "qorxuluq” rahatlığımı əlimdənalır. Əlində balta üstümə gəlir. Mən hər dəfə onun zərbələrindən yayınıram. Birgöz qırpımında yoxa çıxır, sonra evimizdə, məhəlləmizdə, çarpayının altında,televizorun ekranında, tozsoranın içindən qarşıma çıxır. Yuxudan kefsizoyanıram. İşə getmək vaxtdır. Tez-tələsik çayımı içib, yola düşürəm. Ümid edirəmki, avtobusda "qorxuluq”la rastlaşmaram. Xoşbəxtlikdən avtobusda qorxularımhiss olunmur. Rahat iş yerimə çatıram. Redaksiyanın otağı açıqdır. Ancaq heçkim yoxdu. İçəri keçib yerimi rahatlayıram. Birdən dəhlizdən ayaq səslərieşidilir. Ölüm kimi səssiz-səmirsiz, ilan kimi sürünə-sürünə kimsə gəlir. Addımsəsləri böyük şüşəli qarını yadıma salır. Tez ayaqlanıb dəhlizə baxıram. Heçkim yoxdu. Sükut bayrağı əsir. Yerimə qayıdıb, yazmaq istəyirəm. Qəfilmonitorun ekranında "qorxuluq” görünür. Çöhrəsində ikrah hissi yaradan təbəssümvar. Cəld monitoru söndürürəm. Düşünürəm ki, bu qarı ağlımın, beynimin həryerini zəbt edib. Tək çıxış yolum var, o da ki, qarını öldürmək. Ancaq ondançox qorxuram.

Axşam işdən qayıdarkən dar küçədə qarı ilərastlaşdım. Aramızda 10 metr məsafə vardı. Üz-üzə gələcəkdik. Yolumu dəyişməkistədim, arxada da, sağ tərəfimdə də, sol tərəfimdə də "qorxuluq”du. Bu anhuşumu itirmişəm. Davamını xatırlaya bilmirəm. Bir də gözümü açanda nə görsəmyaxşıdı, qoca kaftar yoxa çıxıb. Uşaqlar deyə-gülə məktəbdən qayıdırlar.

TƏQVİM / ARXİV