adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Yanvar 2018 11:27
13713
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: Sən ruhumun Tanrısısan


Dilim-dilim olsun dilim,
Əzabdı hər ayım, ilim...
Yuxuda gördüm ki, gülüm,
Sən ruhumun Tanrısısan!

Yanağıma yaş saldı iz,
Haqq önündə diz çökdüm, diz.
Anlaya bilmədik ki, biz –
Sən ruhumun Tanrısısan!

Kəssə də lap, əyri düzü,
Hər istəyin iki üzü...
Sən olmaz hər qızın yüzü,
Sən ruhumun Tanrısısan!

Baxt özü o baxtdı, bilir,
Vaxt həmin o vaxtdı, bilir...
Allah özü haqdı, bilir –
Sən ruhumun Tanrısısan!