adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Yanvar 2018 13:31
14061
SİYASƏT
A- A+

NAMİZƏDLƏRİN “DEBATI” ÇİMMƏKLƏ BAŞLADI

Rusiyada seçki yarışı namizədlərin öz sağlamlığını nümayiş etdirməklə başladı. Ölkənin hazırkı və gələcək prezidenti Vladimir Putin pravoslav kilsəsinin hər il yanvarın 19-da keçirdiyi ənənəvi epifaniya mərasimi vaxtı Seliqer gölündə buzlu suya girib

Bu barədə jurnalistlərə məlumat verən prezidentin mətbuat katibi D. Peskov bildirib ki, Putin artıq bir neçə ildir ki, buzlu suyda çimir. Onun sözlərinə görə həmin vaxt havanın tempuraturu -7 dərəcə olub. Görünür, prezidentin məhz bu ilki mərasimdən fotosunun yayılmasında məqsəd seçkiqabağı onun sağlamlığını nümayiş etdirmək olub. Çünki Trampla sağlamlıq durumu və həkim müainəsi ilə bağlı son günlər dünya mediasında dolaşan söz-söhbətlərin fonunda indi bu mövzu xeyli aktuallaşıb.


Ancaq Putinə ilk cavab onun bəhsə girdiyi dünya liderlərindən yox, daxildəki rəqiblərindən gəlib. Prezidentin ardınca Tomsk şəhərində -40 dərəcədə Kiçik Uşayka çayında çimən Kseniya Sobçak Putindən daha sağlam olduğunu nümayiş etdirmklə ona cavab verib. 

Bununla bağlı sosial şəbəkələrdə şəklini paylaşan namizəd bəzi fikirlərini də istifadəçilərlə bölüşüb: "Bura sizinçün Moskva deyil, Sibirin mənfi 40 dərəcəsidir”. Yəni, sağlamlığı bu cür havada yoxlayarlar, 6-7 dərəcədə yox. Suya lümlüt girmədiyi üçün də öz üzrxahlığını bildirən K. Sobçak daha sonra bunları yazıb: "Çimərlik kostyumunun qiymətini axtarmaqdan ötrü katoloqlarda eşələnmək istəyənlər özlərini incitməsinlər. Bunu Tomskdakı mağazaların birindən 1760 rubla almışam”.


O ki qaldı Trampla müqayisəyə, buna karikaturaçı-rəssamı Kamil Buzıkayevin ("Sobesednik”) gözüylə baxsaq, yaxşıdır.