adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Yanvar 2018 11:11
8767
GÜNDƏM
A- A+

Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb

Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.