Yuxuda bizi ölümdən xilas edən...

EMİNQUEY AKİF
72724 | 2018-01-23 14:58

Yuxulayıb qaldığımxalçanın üstündən atamın qucağında gedirdim yatağıma. Üstümü bərk-bərk örtəndəüzümdə hiss edirdim anamın əllərini, öpüşünü. Hələ mənim həyatım çərçivələrdənçıxmamışdı. Atamla evdə ata-oğul, çöldə isə həm dost, həm də iş yoldaşı idik. Onunlaqarış-qarış xatirələrim var bu ölkədə, bu şəhərdə.

Qəfildən bütün çərçivələr sındı. Hə, eləo gecə... Beş dəqiqəlik yolu bir saata gələn təcili yardım həkiminin"anana, qohumlarına xəbər elə, gəlsinlər, keçinir" deməsindən sonra.Axı, həmin gün anam evdə deyildi. Yadıma düşür, atam həmişə zarafatla anamadeyərdi ki, "mən ölümümlə belə sənə əziyyət verməyəcəm". Hə, anamgörmədi atamın ölümqabağı çəkdiyi əziyyəti. Üç ay sərasər hər gecə yadımadüşdükcə ağladım.

Doğmalarını itirən ailələrin o biridünyaya inamının ən şahanə dövrü başlayır. Elə bizdə də. Məsələn, evə pulgələndə deyir:

- Atanı yuxudagördüm, pul verirdi bizə, üzünə qurban olum onun, düşərlidir...

Ya da aramızda olan anlaşılmazlıqların,mübahisələrin sonrakı günü deyir:

- Atan yuxudamənim üstümə qışqırdığına görə səni elə döyürdü, indi döyməsin...

Lap fəhləliyə gedəndə, özümdən,səhhətimdən ağır işlərə girəndə də.

- Atan məni yuxudadanladı. Ki, niyə sənin ağır işlərə girməyinə icazə vermişəm. Nolar, getmə oişə.

Bu yuxular həqiqətənmi doğmalarımızınbizimlə əlaqəsidir? Arada çaş-baş qalıram. Atamı hər dəqiqə fikirləşən anamınyuxuları onu idarə eləyir.

- Gecə yuxumagəlib üzümə şillə vurdu, dedi ki, az ağla.

Görünür, bu silləylə anamda özünə az daolsa nifrət yaratmaq istəyibmiş.

Hə, adamlar doğmalarını itirəndəhəm də o biridünyanı qazanırlar.

Getdikcə evin bir guşəsi ibadətgahadönür. Anam and içir divarın başına, yəni, atamın divardakı rəsminə. Hərdən eləbilirəm, atam da o divardan danışır onunla. Hə, adamlar şəkillərdə sağ qalır,dost.

Getdikcə mən dəinanmağa başlayıram o dünyayla bu dünyanın əlaqəsinə. Nöşün? Onçün ki, bir dəfəçox qəribə hadisə gəldi başımıza. Qışın ortasında işığımızın kəsiləngünlərindən birində iki şam yandırıb qoyduq masanın üstünə. Anam möhkəm-möhkəmtapşıra ki, yatanda şamı söndürməyi unutma. Mənim də bu huşsuz başımda şammıqalar. Yatmışammış...

-Emin, dur. Emiiiiiiin, duuur! Ev yanır e, ev yanır.

Oyanıbkreslonun, masanın yandığını görən kimi əlimdə iki qəhvədanla özümə əl qatdım.Nə isə. Yanğını sovuşdurduq, tüstü evdən çıxana kimi həmin gecə küçədə qaldıq.İndi adama sual verərlər ki, a bala, burada nə qəribəlik var?! Yox, əzizim.Qəribəsi anamın dedikləri idi.

-Bala, o gün evdə yanğın çıxanda əgər oyanmasaydım, tüstüdə boğulub öləcəkdik.

-Hə, ana. Bağışla mənim səhlənkarlığımı.

-Bala, onu boş ver. Bilirsən necə oyandım?

-Necə?

-Atan yuxuma girmişdi, elə hey qışqırırdı. "Durun, durun, qalxın ayağa, evyanır, ev yanır". Məni oyadan atan oldu, atan, yoxsa ölmüşdük.

Atamı itirəndən sonra gecələri tez-tez oyanıram. Ki, görüm anam nəfəsalır, ya yox. Bəzən nəfəsini o qədər xəfif və səssiz alar ki, qorxarsan,yaşayırmı? Bəzən bərkdən öskürərsən, diksindisə, oyandısa, sevinərsən. Çoxəclaf bir qorxu. Elə bil ki, səhər harasa gedəcəksən, gecikməyəsən deyə durubtez-tez saata baxırsan. Çox əclaf cümlədir, içini yeyir hər gün:

- Hə, nəfəs alır, sağdır!



TƏQVİM / ARXİV