Aqil ABBAS: MEHMETCİKLƏR REMBOLARI DİZİNİN ALTINA QOYAR

AQİL ABBAS
56734 | 2018-01-25 11:00

ABŞ-ınvə Avropa dövlətlərinin Türkiyəni parçalamaqistəyini bilmək üçün nə «Tarixi-Nadiri», nə də Yunus Oğuzun «Nadir şah» əsərinioxumaq o qədər də vacib deyil. Elə birinci sinif dərsliyindən iki vur ikini bilmək kifayətdi. Neçə illərdi ha çalışırlar, ha özlərini öldürürlər, ha terror qrupları yaradıb silahlandırırlar başara bilmirlər. İŞİD də yaratdılar, yenə bir zibilədərman olmadı.

İndi də ABŞSuriyanın Türkiyə ilə sərhədində 30 minlik bir terror dəstəsi yaratmağa çalışır, əslində yaradıb davə indiyədək də 5 min ton civarında silah-sursat yardımı edib, hətta ən müasir tankvuran, raketvuran təyyarələrlə də təchizedib. Bundan başqa, terrorçulara təlim keçmək üçün təxminən2 minə yaxın da missioner rembo göndərib.Bir sözlə, ilanı Seyid Əhməd əli ilə tutaraqTürkiyəyə gizli savaş elan edib.

Kəsəsi,ABŞ-la Türkiyə az qala açıq savaş halına gəlməkdədi. Bir tərəfdən də Türkiyəni təhdid edir ki, sən Suriya torpaqlarında niyə hərbi əməliyyatlar keçirirsən? Deməli, özü on min kilometrdən gəlibSuriya, İraq torpaqlarını bombalaya bilər,milyonlarla insanı bu bombaların qurbanıedə bilər, amma Türkiyə öz təhlükəsizliyini qoruya bilməz. Bir tərəfdən də Fransa hoppanıbdüşür. Görünür, ötən il Türkiyə Fransaya az qurbağa göndərib. Nə isə…

Baxırammüzakirələr, mübahisələr gedir ki, TürkiyəABŞ-ın qarşısında duruş gətirə bilməz. QardaşTürkiyəyə bir az yuxarıdan aşağı baxırlar.

Qaraçı nəyinitərifləyən kimi, bu ABŞ-ın da gücünüçox tərifləyirsiz ey, dostlar. ABŞ da bu tərifdən şellənib yetənə yetir, yetməyənə də bomba tullayır.

ABŞindiyədək savaş elan elədiyi, on minlərlə rembo tökdüyü hansı ölkədə qalib gəlib?Deyə bilərsiz? Təkcə Vyetnamda və Koreyada 50 mindənçox əsgər itirdi və sonra da məğlub olub çıxdı getdi. O cümlədən Taylandda, Kambocada məğlubduruma düşdü, neçə ildi Əfqanıstandasavaşır, 6-7 min də rembo itirib, amma ortalıqda bir şey yoxdu. İraqa da girdi, özü tab gətirə bilmədi,İŞİD yaratdı, etnik dava saldı, çıxdı aradan.Suriyada da motrosovlarla rastlaşdı və geri çəkilməkməcburiyyətində qaldı.

Türkiyə möhtəşəm birdövlətdir, ordusu dünyanın ən güclüon ordusu içindədi. NATO-da ABŞ-dansonra ən güclü ordu Türkiyə ordusudu. Elə ABŞ-ın özü, Avropa dövlətləri də etiraf edir ki, döyüş qabiliyyətinəvə nizam-intizamına görə türk mehmetcikləri NATO-da birincidi. Rembolar pula savaşır, mehmetciklər qeyrətə.

Vətənyolunda, Millət yolunda, Allah yolunda şəhidolmağı özlərinə şərəf bilirlər. Mehmetciyin anası oğlunu savaşa göndərəndə alnına xına qoyur,«səni bu Vətənə qurban deyirəm»- deyib yola salır. Övladı da şəhid olanda ata da,ana da «Təki Vətən sağ olsun!» hayqırır.

Rembolarkinoda olur, mehmetciklər real həyatda.

«Fıratkalkanı» əməliyyatında mehmetciklər qısa bir zaman kəsiyində bu savaşdan qalib çıxdılarvə cəmi 72 şəhid verdilər. Onların da əksəriyyəti alçaqcasına ya tuzağa düşürüldülər, ya da uzaqdan snayperlərlə vuruldular.

İmamHüseyn də Müaviyənin 30 minlik qoşunu iləvuruşanda 72 kişi ilə düşmən qabağına çıxmışdı və72 şəhid vermişdi. Qəribədir ki, «Fıratkalkanı»nda da İmam Hüseyndən şəhidlik dərsialmış mehmetcik də 72 şəhid verdi.

Artıq dördüncü gündür ki, «Zeytun budağı» əməliyyatıdavam edir. Artıq onlarla kənd və sərhəd boyu on kilometrə qədər ərazi ABŞ-ıntəlim keçdiyi və içlərində də rembolar olan terrorçulardan azad olunub. Vəcəmi bir şəhidimiz var. Terrorçuların da qırılanı qırılır, sağ qalanları da əfv diləyərək mehmetciklərə təslim olurlar.

SayınƏrdoğan dəfələrlə bəyan edib ki, bizim heç kimin torpağında gözümüz yoxdur,əmin-amanlıq yaradılandan sonra, terrorçular zərərsizləşdirildikdən sonra mehmetcikləryenidən öz sərhədlərinə çəkiləcəklər.

Kiminvə ya kimlərin Türkiyə torpaqlarında gözü varsa, mehmetciklər onların gözlərinioyub ovuclarına tökməyə qadirdir. Türkiyədənəlinizi və gözünüzü çəkin! Başaramazsınız! O mehmetciklər ötən əsrin əvvəllərindəbütün Avropanın gücü yetməyən Atatürkün əsgərləridi.

TanrıMehmetciyi qorusun!

Tanrıcanımız Türkiyəni qorusun!


TƏQVİM / ARXİV