ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Düşmən əsgərlərin dostlaşdığı film

Müharibə kimə lazımdır?

20377    |   2018-06-05 11:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada aclıq problemini aradan qaldırmaq üçün ildə 30 milyard dollar pula ehtiyac var, bu rəqəm bütün dünyanın bir həftədə müharibəüçün xərclədiyi məbləğə bərabərdir. Müharibə adı geyindirilmiş insan öldürmə, qətliyyam prosesinin isə yalnız bir səbəbi var: hökümətlərin bitməyən nəfsi! Təəssüf ki, hökümətlərin oynadığı bu oyunlara görə xalqlar nifrət etməyi, ölməyi və öldürməyi öyrənir. Təkcə 2-ci Dünya Müharibəsində 20 milyon əsgər, 40 milyon sivil xalq olmaqla 60 miylon insan ölüb. Bu rəqəm böyük bir ölkənin əhalisi sayıyla eynidir. 2-ci Dünya Müharibəsinin maddi ziyanı isə 1.944 trilyon ABŞ dollarıdır.


Statistikaya görə dünyada ən sülh dolu ölkə İslandiya, ən az sülhü olan ölkə isə Somalidir. Bu iki ölkəni mədəni, iqtisadi və siyasi cəhətdən müqayisə etsək aradakı dağlar boyda fərqi görə bilərik. Deməli müharibələr insanları öldürməkdən əlavə onların inkişafını da ləngidir.

Bəzi hallarda isə müharibələr hökümətlər tərəfindən süni olaraq davam etdirilir. Bu hal daha çox söz azadlığı olmayan, diktatura rejimli ölkələrdə baş verir. Belə ki, hökümətlər ölkədəki daxili problemləri gündəmə gətirtməmək üçün süni problemlər yaradır və xalqını nifrət etməklə, müharibəylə məşğul edir.

Thich Nhat Hanh: Hökümətlərin xalqı susdura bilmək üçün düşmənlərə ehtiyacı var. Beləliklə xalq qorxmağı və nifrət etməyi öyrənərək hökümətin ətrafında toplaşacaq, əgər düşmən yoxdursa, heç nədən də olsa yaradılacaq. Müharibə hökümətin sənə pis insanın kim olduğunu göstərdiyi vaxt, inqilab isə sənin pis insanın kim olduğunu müəyyən etdiyin vaxt baş verir.

Tarix boyu boş-boş səbəblərdən meydana gələn müharibələr də az olmayıb. Məsələn, 1500-cü ildə Osmanlı imperiyası və Venesiya dövləti arasında saqqal üstündə müharibə başlayıb. Ticarət danışıqları üçün sultan II Bəyazidin qəbuluna gələn venesiyalı elçilər sultanın qəribə təklifi ilə qarşılaşırlar. Bəyazid Venesiyanın doğrudan da Türkiyə ilə sülh istədiyini sübut etmək üçün elçilərdən saqqala and içməyi tələb edir. Cavabında venesiyalılar həmşiə saqqallarını qırxdıqlarını bildirirlər. Cavabdan qəzəblənən sultan "onda sizin şəhərin bütün sakinləri meymuna bənzəyir”, - deyə çığırır. Özünü təhqir olunmuş hesab edən Venesiya dərhal Osmanlıya müharibə elan edir. Lakin sultan onlardan üzr istəmir, çünki türklər Venesiya ordusu və donanmasını darmadağın edirlər.

Müharibə necə olur? Bu sual məni həmişə narahat etsə də müharibə haqqında əyani təsəvvürüm yoxdur. Müharibəni ancaq filmlərdə görsəm də, kitablardan oxusam da həmişə içimdə müharibəyə qarşı nifrət var. Bəzən müharibə haqqında çəkilən filmlər də, oxuduğum kitablar da məndə dərin iz buraxır. O filmlər yox ki, ancaq döyüş səhnələrindən, adamların necə ölməyindən bəhs eləsin. Belə filmlər tarixi canlandırmaqdan başqa bir şey deyil. Ədəbiyyat da, film də müharibənin arxa cəbhəsində, yəni bizə gizlin qalan hadisələrindən, bir növ mətbəxindən nələrisə çatdıranda gözəl olur. Belə filmlərdən biri də bu yaxınlarda baxdığım "Qarın əsirliyində” adlı filmdir. Bu filmi Norveç əsilli Petter Nas çəkib. Filmin senarisi Ole Meldgaard, Dave Mango və Petter Nas tərəfindən yazılıb. Filmin baş rollarında Böyük Britaniya aktyoru, Harri Poter romanlarının əsasında çəkilmiş filmlərdə Ron Uizli obrazını oynayandan sonra məşhurlaşan Rupert Qrint, alman əsilli aktyor Florian Lukas iştirak edir.

Filmdə baş verən hadisələr real həyatdan götürülmüşdür. İkinci dünya müharibəsi zamanı 1949-cı ilin 27 aprelində Luftvaffe pilotu Hornst Şkops idarə etdiyi Heinkel He 111 tipli bombardımançı təyyarəsi iləNorveçin daxili bölgələrindən olan Qrontil yaxınlarında vurulur. Alman təyyarəsi, ingilis pilotun idarə etdiyi Blackburn Skua markalı təyyarə tərəfindən vulur. Alman təyyarəsində olan dörd pilotdan bir nəfəri həlak olsada, digər üç nəfər yaxınlıqda yerləşən ovçu komasına sıxınır. Vurulmuş ingilis təyyarəsinin iki pilotuda almanların qaldığı ovçu komasını tapır və buraya gəlirlər. Alman əsgərlər ilk öncə ingilisləri ovçu komasına qəbul etməsələrdə, sonradan onların komanının kiçik bir bölməsində yaşamalarına icazə verirlər. Filmdəki hadisələr sərt Norveç qışının qarşısında bir-birinə düşmən olan iki təyyarəçi qrupun arasındakı münasibətlərdən, fədəkarlıqlardan və zaman-zaman dostluqdan söhbət açılır.

Bir-birilə mübarizə aparan, döyüşən düşmənlər komadakı çətinliklərə qarşı birləşirlər. Soyuqda qızınmağa çalışanda da, pilotun qanqren olmuş qolunu kəsəndə də, filmin sonlarına yaxın döşəmənin altından tapdıqları pivələri içəndə də düşmənlərin də dostlaşa biləcəyini görürük. Filmin məzmununu yazmaq onun dadını qaçırtmaqdan başqa bir şey olmazdı. Nə də ki, onu təhlil etmək mənim öhdəmə düşməz. Amma filmin verdiyi mesaj budur:

Hər kəs qarşısındakı düşməni güllələməmişdən əvvəl onu yaxından tanımalıdır, necə bir insan olduğunu bilməlidir. Görək hələ də güllələmək istəyəcəkmi? Filmin sonunda norveç pilotlarını əsir kimi təhvil verən alman zabitinin üzündəki peşmanlıq da bunu xəbər verir. Almanlar düşməni təhvil verdilər, amma qısa müddətdə qazandıqları dostlarını da itirdilər.








Emin Akif




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK