adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Yanvar 2018 17:45
12672
SİYASƏT
A- A+

AŞPA-nın yeni sədri kimdir? – DOSYE

İtaliyalı deputat, Sosialitlər namizədi Mikele Nikoletti bu gün Avropa Şurası Parlament Assambleyasının sədri seçilib.Modern.azonun həyat yolu ilə bağlı qısa informasiyanı təqdim edir.

Mikele Nikoletti 1956-cı il noyabrın 19-da İtaliyanın şimalında yerləşən Trento şəhərində doğulub. Boliniya Universitetində fəlsəfə təhsili alan Nikoletti 2011-ci ildən doğma Trento şəhərində beynəlxalq araşdırmalar məktəbində siyasi fəlsəfə üzrə professor vəzifəsində çalışıb. 2011-ci ildə isə o, Antonio Roveretto adına araşdırmalar mərkəzinin direktoru seçilib.

O 2013-cü il fevralın 25-də keçirilən parlament seçkilərində deputat mandatı qazanır. 2014-cü il avqustun 6-da isə Avropa Şurası Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin rəhbəri seçilir. AŞPA-da fəaliyyəti müddətində o, Xarici Əlaqələr, Etika və s. alt komitələrdə çalışıb. Bundan başqa, italiyalı deputat 2016-2017-ci illərdə Assambleyanın korrupsiya məsələləri üzrə həmməruzəçisi olub.

Mikele Nikoletti Roma və doğma Trento şəhərində yaşayır. O, evli və 3 uşaq atasıdır.

61 yaşlı deputat AŞPA-da sosialistlər alyansının üzvü kimi tanınır. Eyni zamanda Nikolettinin reputasiyası onu prinsipial və təcrübəli siyasətçi kimi təqdim edir.