adalet.az header logo
  • Bakı 16°C
22 Yanvar 2018 15:20
11235
İDMAN
A- A+

Robinyo Türkiyə klubunda - rəsmi

Braziliya millisinin sabiq üzvü Robinyonun Türkiyənin "Sivasspor” klubuna keçidi həll olunub.

Qol.az-ın məlumatına görə, bunu Superliqa klubunun baş məşqçisi Samet Aybaba "Fanatik”ə açıqlamasında deyib.

"Robinyo ilə böyük ölçüdə anlaşdıq. Müqavilə müddədti 1.5 illik nəzərdə tutulub. Son detallar müzakirə edilir” – deyə klub rəhbəri bildirib.

"Sivasspor”un rəsmi saytı da 33 yaşlı hücumçu ilə razılıq əldə olunduğunu, sabah onunla müqavilə imzalanacağınıaçıqlayıb.

Qeyd edək ki, son olaraq vətənində "Atletiko Mineiro”da oynayan Robinyo Avropada "Real”, "Mançester Siti” və "Milan” kimi klublarda çıxış edib.