adalet.az header logo
  • Bakı 18°C
22 Yanvar 2018 14:05
355411
KRİMİNAL
A- A+

Gəncədə gecə klubunda kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib. "X-Club" adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri - 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar. Onlardan M.Orxanın vəziyyəti kafi, digərlərinin isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.