adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Yanvar 2018 11:58
15043
DÜNYA
A- A+

Praqanın mərkəzində otel yanıb: 2 ölü, 40 yaralı

Çexiyanın paytaxtı Praqanın mərkəzində oteldə yanğın olub.

Adalet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, "Eurostars David" otelində baş verən yanğı zamanı iki nəfər ölüb, 40 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə xeyli sayda yanğın söndürən briqalar, təcili tibbi yardım maşınları cəlb olunub.

Hazırda oteldə qalan insanların təxliyəsi həyata keçirilir. Yanğının hansı səbəbdən baş verməsi haqda məlumat verilməyib.