adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Yanvar 2018 13:12
18277
DÜNYA
A- A+

Afrində terrorçuların 153 hədəfi vurulub - Əməliyyat davam edir

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində həyata keçirilən "Zeytun budağı" əməliyyatı ilə bağlı son durumu açıqlayıb.

Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əməliyyatın planlaşdırıldığı kimi həyata keçirildiyi bildirilib.

Qeyd olunub ki, PYD, YPG və İŞİD terror təşkilatının 153 hədəfinə zərbələr endirilib. Hava hücumları zamanı terrorçuların silah anbarları, gizli düşərgələri məhv edilib. Hazırda əməliyyat uğurla davam etdirilir.

Qeyd edək ki, ötən gün Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində "Zeytun budağı” əməliyyatına başlayıb.