adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Yanvar 2018 11:24
16885
ELM VƏ TƏHSİL
A- A+

Odlar Yurdu Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı

19 Yanvar 2018-ci il tarixində Odlar Yurdu Universitetində 20 Yanvar hadisələrinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri aparıcılar açıq elan edərək, 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin və ümumilikdə Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərin ruhlarını 1 dəqiqəlik sükutla yad etmişdir.

Daha sonra 20 Yanvar hadisələrinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş Odlar Yurdu Universiteti, Odlar Yurdu Kollecinin tələbələri və 62 saylı orta məktəbin şagirdləri arasında keçirilən bədii qiraət, inşa-yazı, divar qəzeti, rəsm və "gənc yazarlar” müsabiqəsinin qaliblərini Fəxri Fərmanla təltif etmək və 20 Yanvar hadisələri haqqında ətraflı danışmaq üçün söz universitetin rektoru professor Əhməd Vəliyevə verilmişdir. Əhməd Vəliyev 20 yanvar hadisələrinin Azərbaycan xalqının tarixində tutduğu yerdən, əhəmiyyətindən söhbət açmış, bugünkü gənclərin də elə ruhda böyüməli olduğunu söyləmişdir. O, qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair çıxardığı dörd qətnaməyə baxmayaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bu gün də davam edir və beynəlxalq birlik bu təcavüzkarlığa qarşı hər hansı bir tədbir görmür. 1990-cı il 20 yanvar tarixi Azərbaycan xalqı üçün heç də sıradan bir gün deyil. Bu tarix bizim üçün ən ağrılı, acılı, müstəqillik, azad yaşamaq istəyən insanların qanı bahasına başa gələn faciədir. Günahsız qanlarına bələnmiş, taleyinə zülm yazılmış xalqımızın dərdini yenidən vərəqləmək hamımız üçün çox ağırdır. Amma ağır da olsa bu hadisələrə münasibət bildirmək hər birimizin vətəndaşlıq borcu, insanlıq məsuliyyətidir.

Tədbir Odlar Yurdu Universiteti, Odlar Yurdu Kollecinin tələbələri və 62 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə hazılanmış bədii kompozisiya ilə davam etmişdir. Sonda bütün tələbələr və şagirdlər "Azərbaycan-anaların anası” mahnısını ifa etmişdir.