adalet.az header logo
  • Bakı 18°C
20 Yanvar 2018 16:35
15532
KRİMİNAL
A- A+

Ucarda törədilən ağır cinayətin üstü açıldı

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayonu ərazisində törədilən ağır cinayətin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, yanvarın 19-da Ucar şəhəri ərazisində şəhər sakini Tehran Zahidovun və oğlu Samirin bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmələri, T.Zahidovun orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla onlara bıçaqla xəsarətlərin münaqişə zəminində həmyerliləri Nurlan İsayev tərəfindən yetirilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə əvvəllər məhkum olunmuş N.İsayev saxlanılaraq istintaqa cəlb edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.