adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Yanvar 2018 11:18
10316
HADİSƏ
A- A+

23 yaşlı şəhid əsgərimiz dəfn olundu

Azərbaycan Ordusunun ötən gün şəhid olan əsgəri 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsində torpağa tapşırılıb.

AzVision.az-ın məlumatına görə, dəfn mərasimində Neftçala rayon İcra Hakimiyyətinin rəhbərliyi, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Qeyd edək ki, İbrahim Mənəfov 1995-ci ildə Neftçala rayonunun Bankə qəsəbəsində dünyaya gəlib, ali təhsilli olub. Milli Aviasiya Akademiyasının məzunu olan Mənəfov 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb.

İ.Mənəfov ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada şəhid olub.