adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Yanvar 2018 12:00
11358
GÜNDƏM
A- A+

20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəliyə dayandırılıb.

Adalet.az-ın məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

20 Yanvar - Ümumxalq hüzn günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.