adalet.az header logo
  • Bakı 7°C
19 Yanvar 2018 18:01
9050
HADİSƏ
A- A+

Şəhid olan əsgər Neftçalada dəfn ediləcək

Azərbaycanın şəhid olan əsgəri Neftçala rayonunda dəfn ediləcək.

"Report"un Aran bürosunun məlumatına görə, dəfn mərasimi rayonun Bankə qəsəbəsində keçiriləcək.

Bildirilib ki,Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada şəhid olanAzərbaycan Ordusunun əsgəri Mənəfov İbrahim Möhsüm oğlu 1995-ci ildə bu qəsəbədə doğulub.

İ.Mənəfov ali təhsilli olub. O,2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və düşmənlə üz-üzə yerləşən bölmələrdə xidmət edib.