Əbülfət MƏDƏTOĞLU: BİTMƏYƏN AĞRI

ƏBÜLFƏT MƏDƏTOĞLU
61333 | 2018-01-19 17:56

Həyat insanı hərşeyə öyrəşdirir, alışdırır. Bəzən vərdiş də etdirir. Mən buna normal baxıram. Amma adətkarda olmaqqorxuludu. Kim adətkarda olursa, onun sonunun haralara gedib çıxdığını demək oqədər də çətin deyil. Bundan əlavə,biz ağrılara, faciələrə alışmışıq. 1988-ci ilin fevralından torpaq itkisini də,şəhid qanını da, yurd-yuva həsrətini də bir gözümüz ağlayıb, bir gözümüzləovutmuşuq. Və beləcə, həyat bizi "təki Vətən yaşasın!" inamına kökləyib...Və beləcə, biz həm də kökləndiyimiz inamın bir növü yolçusu olmuşuq, gedirik oyolla...

Bəli, mən də buhəyatın həmin o dediyim zaman kəsiyinin içərisindəyəm. O hadisələrin şahidi,iştirakçısıyam. Deməli, Vətənin yaşaması üçün sırada öz yerimi tutmuşam və buyerdən çəkinəsi deyiləm. Lakin özümün özümə, daha dəqiq desəm, özümüzdəolanların özümə münasibəti, təzyiqi, laqeydliyi və daha nələri mənim çiyinlərimdəndaş kimi asılır, ürəyimi döyəcləyir, inancıma xələl gətirir. Başa düşə bilmirəmki, bütün bunlar nə üçündü? Kimə və nəyə lazımdı? Axı, biz hamımız vətənsizlikdərdinin içərisindəyik. Vətənsizlik deyəndə işğal olunmuş torpaqlarımızı, eləcədə tarixi baxımdan Dərbəndi, Borçalını, Göyçəni, Təbrizi də nəzərdə tuturam,bax, bu boyda ərazi indi bir ovuc içi həcmində olsa da, dərdimiz əvvəlki ölçüdə,əvvəlki çəkidə qalır. Və biz də hamılıqla o dərdi çəkməyə məhkumuq. Hələ üstəliko dərdi çəkmək bizim vətəndaşlıq borcumuzdu, şərəf borcumuzdu. Onda nədənbir-birimizə buynuz göstəririk, göz ağardırıq, badalaq gəlirik. Həmçininbir-birimizin haqqını tapdalayırıq, bir-birimizə problem yaradırıq?..

Mən bütünbunları son yazılarımda təkrar-təkrar vurğulamışam. Səbəbini açmağa, ipucutapmağa çalışmışam. Lakin heç nə alınmadı. Ona görə ki, bizim bir-birimizə güvəncimizinəfsimiz, fərdi istəklərimiz həmişə kölgəyə salıb, üstünü örtüb. Sonda isə okölgədə qalan ya məhv olub, ya da elə bir duruma düşübdü ki, yaşadığı hissolunmayıb. Günahkar isə, heç nə olmamış kimi əməllərini davam etdiribdi. Ənyaxşı halda bir soyuq təbəssümlə pıçıldayıb:

- Mən özprinsiplərimə sadiqəm və mənim prinsipim də hər kəsə qalib gəlməkdi!

Amma heç kimsoruşmayıb ki, sənin prinsiplərin qaydasız döyüşləri xatırladır, arxadanvurulan zərbəni xatırladır, namərdliyi büruzə verir. Belə olan halda hansı qələbədəndanışmaq olar?

Hə, bütün buzaman kəsiyi ərzində mənim gəldiyim bir qənaət var. Bu da ondan ibarətdir ki, həmino dediyimi həyatın zaman kəsiyinin içərisində arxadan vurulasan. Bax ondayaşamaq təkcə zülm olmur, həm də mənim üçün dəhşətli dərəcədə mənasız olur.Çünki qarşını kəsənlər, əlindən, kürəyindən vuranlar, badalaq gələnlər səni zəliledir və sən də sadəcə mövcud olursan. Heç nəyə təsir edə bilməyən bir zəlil...Bax, onda öz-özünə düşünürsən, bu yaşamaqdımı? Əgər bu yaşamaqdısa, kimə gərəkdi?Zənnimcə, normal düşüncəli bir kimsə bu yaşamı qəbul etməz. Doğrudur, can daşirindi, həyat da. Heç kim ölmək, dünyadan köçüb getmək istəmir. Amma köçübgetmək istəmədiyin həyatda yaşam haqqından uzaq düşürsənsə, səni dediyim oduruma atırlarsa, bununla susub barışmaq və guya yaşamaq heç arzuedilən bir haldeyil. Ona görə də:


Yorur məni

günlərin

rəngi,

ölçüsü,

səsi...

mən dəyişəbilmirəm

bir-birinin

oxşarı,

təkrarı olan

bu qəfəsi...

otururam,

dururam

oturub durduğumhətta

yeri beləyoruram...

amma neyləyimki,

bu oxşar günlərin

dəyirmanında

üyünməkdən dahaçox

yarma kimi

havayasovruluram!..


İndi öz-özüməfikirləşirəm. Görəsən mən dərdlərə vərdiş etmişəm, yoxsa adət? Və yaxud görəsənmən dərdlərsiz yaşaya bilərəmmi? İnanın ki, bu sualların cavablarını düşünübtapmaq o qədər çətin və acımasızdır ki, onu dilə gətirməyə qorxuram. Bilirsinizniyə? İlk öncə ona görə ki, mən dərdə nə adət etmişəm, nə də vərdiş. Dərd mənimləbirlikdə doğulub. Mənim alın yazımdı, mənim qanımda, canımdadı. Və deməli, bu həmdə ikinci sualın cavabıdı. Qanımda-canımda olandan necə ayrı yaşaya bilərəm? Buyerdə sizin də sualınızı eşidirəm. Hiss edirəm deyirsiniz ki, dərd səninlə necədoğula bilər ki? Onda mən də sizə cavabınızı verim. Dünyaya gəldiyim məkandagözümü açıb gördüklərim elə ilk andan məndə ətrafıma, həyatıma bir təzadlımünasibət formalaşdırdı. Gördüm ki, mənimlə həmyaşıd olan erməni uşaqlar hansıprinsiplərlə yaşayırlar, hansı istəklərlə böyüyürlər. Və onlar mənimlə yaşıdolsalar da, məndən önə necə çəkildilər. Digər tərəfdən Allahın verdiyi həssaslıqməni hətta valideynin bir şillə vurduğu uşağın səsinə qarşı da dözümsüz etdi. Ouşaqla birlikdə mənim də içim ağrıdı, ağladı. Və sonra da atıldığım həyatınamansızlıqları, qarşılaşdığım haqsızlıqlar içimdəki o balaca duyğuları, obalaca nüansları dərdə çevirdi - həmişə çəkəcəyim dərdə. İndinin özündə dəqonşuda, hətta yolda-rizdə ağlayan, şillənənən, yıxılan uşağı və yaxud bir kimsənigörəndə ürəyimin hansı hallara düşdüyünü, içimdən nələrin keçdiyini ifadə edəbilmirəm. Və bütün bunlar ən sonda itirdiyim yurd-yuvanın, bu gün köçməyə məcburedildiyim uçurulmağı guya haqq etmiş evimin nisgili, faciəsi kimi məni odediyim dərdlərin fövqünə qaldırdı. Rəhmətlik Nüsrət Kəsəmənli demişkən:"şalvar, köynək geyinərdi tay-tuşum, məndə isə biri vardı, biri yox".Yəni tay-tuşlarım sevincin fövqünə qalxanda, mən dərdin fövqünə yüksəldim. Bircəbir nöqtədə, daha doğrusu, bütün yaşamımın bir anında mən özümü qürurlu, əyilməz,məğrur saxlaya bilmişəm. O da taleyimdə olan Sənlə bağlıdı.


Mən nazını çəkirəm

Sənsə göynəyirsən...

Xəyalından nəkeçir

Onu da eləyirsən-

Ürəyim!..


Yoxdu gecəm-gündüzüm

Əsirin,girovunam...

Dodaqda təbəssümün

Kirpikdəqırovunam -

Ürəyim!..


Həyat...yaşam... və ümid

Ovcundadı, açbaxım...

Nə olar mənikirit

Qaç üstümə...qaç, baxım -

Ürəyim!..


Hə, mən bununlaözümə təsəlli verirəm hardasa. Və hardasa da bu təsəlli mənə həm də ipucu olur.Dünənimdən qopub ayrılmamaq üçün, sabahıma uzatdığım əlimin üzülməməsi üçün. Eləbilməyin ki, bununla mən başımın altına yastıq qoyuram, işlərin yoluna düşəcəyinə,arzularımın qaynaqlanacağına, istəklərimin gerçəkləşəcəyinə əmin oluram. Yox,sadəcə və sadəcə bir iynə boyu yaşamaq üçün,o iynə boyu sənə gəlmək üçün, yanımda olmaq üçün edirəm bunu. Hardasabu, dəlilik də sayıla bilər... hardasa bu, özündən məmnunluq da hesab oluna bilər.Olsun! Mən bütün bunları göz altına almışam. Göz altına aldığım bu həyat gerçəkliyininiçərisində ərimək, sozalmaq və anın birində lap kobud desəm, sabun köpüyü kimiyox olub getmək... bütün bunlar artıq heç nədi mənim üçün. İtirdiklərimin,ağrısını çəkdiklərimin fonunda, onlarla müqayisədə mən kiməm ki?!

Hə, mən onu dadüşünürəm ki, itirdiyim dostların, güvənli insanların hər biri elə ucalıqda qərartutublar ki, mən onlara, daha doğrusu, o ucalığa aşağıdan yuxarı baxıram, dərədənzirvəyə baxanlar kimi. Bu baxışın özündə də bir sızıltı, bir qovuşma istəyivar. Alınacaqmı, alınmayacaqmı? Hə, suallar yenə çoxalır. Qoy olsun! Bütün həyatımonsuz da yerli-yersiz sualların nişangahına çevrilib. Bunu görmək də mənim üçünartıq adiləşib. Hətta hansısa bir anında sual olmayanda özümü narahat hiss edirəm. Necə ki,hansısa bir anımın yaddaşıma zərbə olacağı, ürəyimi parçalayacağı xofuda yol yoldaşımdı. Mən sonuncunun nəfəsini yaxamda, boynumun ardında, üz-gözümdəhiss edirəm. Anlayıram ki, daha doğrusu,duyuram ki, yaşadıqlarım mənə diktə edir ki, bu həyat ölən günlərim, anlarımüçün də qucaq açıb. Ona görə də yazıram:


Heyf bu günəheyf

Yaşamadıq bizonu...

Yaşanmayan birgünün -

Ağrıyla bitirsonu...


Bitmir, tükənmirsanki

Çözülməyən torolur...

Sənsiz günüm,inan ki -

Sığındığım gorolur!..


Heyf, ömürdənqopdu

Alıb apardı külək...

Gülləm boşaçıxmadı -

Ovun qanlıdı, fələk!..


Bəli, budünyanın yaşanan və ölən günlərinin sayını kimsə bilmir. Çünki burda bir fərdilikvar. Mən o fərdiliyin içərisində özüməaid olanları həm say baxımından, həm zaman baxımıdan görür və bilirəm. Elə onagörə də içimdən itirdiklərimə, ağrı-acılarıma, içərisindən keçib gəldiyimizfaciələrə baş əymək, hər şey üçün sağ əlimi alnımdan üzü aşağı çəkib bir"Fatihə" vermək istəyirəm. Məqamın bu yerində o sözünün üstünə gəlibçıxan bir dostuma da bu "Fatihə" aid olur... Bəlkə də o, ən böyükhaqqını indicə aldı...

...Və indi mənbu yazımı yekunlaşdırmaq məqamında bir anlıq yenə dayandım, durdum. Bilirsinizniyə? Ona görə ki, mənim öz sızıltılarımı, öz ağrılarımı sizə yükləməyə, sizinləbölüşməyə nə qədər haqqım çatır? Ümumiyyətlə, çatırmı? İndiki anda hər kəsinözü boyda yükü, qayğısı ola-ola mənim də qayğıma çiyin verməsi axı mümkünsüzdü.Eh, nə isə... Özüm yazıram, özüm deyirəm və özüm də...


Mənonsuz da taleyə

Başınsağ olsun! - dedim...

Üstündəşəklim olan

Daşınsağ olsun! - dedim!...


Dərdin qəmi ələyib,

Sözün büküb, bələyib...

Görəndə kiyeriyib -

Yaşın sağ olsundedim...


Sən ruhunseçimində

Bitirdin songücü də!..

Özümə öz üçümdə-

Nəşin sağ olsun!- dedim...


Bəli, bir ağrınıson nəfəsimə çevirəndə içimdə, yazımda daşıyıram. Bu ağrı təkrar köç ağrısı,isti yuvanı tərk etmək ağrısıdı. Onun nə vaxt bitəcəyini və necə bitəcəyini deyəbilmirəm. Kaş ki, biləydim... bəlkə ağrım azalardı.


TƏQVİM / ARXİV